"Qəbələ" geri dönüş edə biləcəkmi? - HƏLLEDİCİ GÜN GƏLDİ
Bizi izləyin

İdman

"Qəbələ" geri dönüş edə biləcəkmi? - HƏLLEDİCİ GÜN GƏLDİ

Evdə keçirilən ilk oyunda məğlub olmağımız çox pis haldır. Rəqib komanda nə qədər kompakt, müdafiə futbolu göstərsə də, biz öz oyunumuzu nümayiş etdirsəydik, nəticə fərqli ola bilərdi. Öz meydanımızdakı məğlubiyyətdən sonra mərhələ adlamağımız çətin görünür. Lakin mən komandamıza inanıram. Lüksemburqa da bu fikirlə gəlmişik. “Proqres”dən güclü olduğumuzu sübut etmək istəyirik.

Publika.az-ın məlumatına görə, bu sözləri "Qəbələ"nin baş məşqçisi Sənan Qurbanov Avropa Liqasının birinci təsnifat mərhələsində Lüksemburq “Proqres”i ilə cavab oyunu öncəsi klubun saytına deyib.

Qurbanov komandadakı durum və heyətdə gözlənilən dəyişikliklər barədə də danışıb: “Komandada yaxşı ab-hava var. İlk oyundakı məğlubiyyət bizi daha da birləşdirib. Komanda şəklində qarşılaşmadan müsbət nəticə ilə ayrılmaq istəyirik. Bilirik ki, səviyyə baxımından rəqibdən üstünük. Səfər matçında qalib gəlib, mərhələ keçmək istəyirik. İlk oyunla müqayisədə heyətdə bir neçə dəyişiklik olacaq. Vojislav Stankoviç zədəli olduğu üçün səfər matçına gəlməyib. İlk görüşü zədə səbəbindən buraxan komandamızın kapitanı Cavid Hüseynovun səfər matçında meydana çıxmaq ehtimalı yüksəkdir”.

Qeyd edək ki, "Proqres" - "Qəbələ" görüşü bu gün Bakı vaxtı ilə saat 21:30-da başlayacaq. Bu komandalar arasında ilk oyunda "Qəbələ" 0:2 hesabı ilə uduzub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm