Ukraynalı dörd çempion kəməri uğrunda döyüşdə qalib gəldi
Bizi izləyin

İdman

Ukraynalı dörd çempion kəməri uğrunda döyüşdə qalib gəldi

Ümumdünya boks super seriyası turnirində Murat Qassiyev ukraynalı ukraynalı Aleksandr Usiklə qarşılaşıb.

Publika.az xəbər verir ki, görüş ukraynalı boksçunun qələbəsiylə başa çatıb.

Moskvada keçirilən qarşılaşma 12 raund davam edib. Hakimlərin qərarı ilə (120:108, 119:109, 119:109) qələbəni Aleksandr Usik qazanıb.

Beləliklə, ukraynalı Ümumdünya boks super seriyasının qalibi, eləcə də Beynəlxalq Boks Federasiyası (IBF), Ümumdünya Boks Təşkilatı (WBO), Ümumdünya Boks Şurası (WBC) və Ümumdünya Boks Assosiasiyasının (WBA) versiyası üzrə çempionluq kəmərlərininin sahibi olub.

Usik və Qassiyevin hər birində iki kəmər mövcud idi. Ukraynalı WBC və WBO, rusiyalı isə WBA и IBF versiyasında çempion adını daşıyırdı.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm