Məsud Özil Almaniya yığmasından getdi
Bizi izləyin

İdman

Məsud Özil Almaniya yığmasından getdi

Almaniya yığma komandasının türk mənşəli futbolçusu Məsud Özil millidəki karyerasını bitirib.

Publika.az xəbər verir ki, bu haqda futbolçunun özü Tvitter hesabında yazıb.

Onun sözlərinə görə, belə qərarın səbəbi Almaniya Futbol Federasiyasının ona qarşı haqsız münasibətidir.

Özil əlavə edib ki, alman yığmasının formasını qürur və sevinclə daşıyırdı, amma indi hər şey dəyişdi. Futbolçu qeyd edib ki, bu qərarı qəbul etmək onun üçün çox çətin idi.

“Almaniya Futbol Federasiyasının yüksəkvəzifəli məmurları mənim türk köklərimə hörmət etmirlər və məni siyasi təbliğata xudbincəsinə çəkirlər. Daha buna dözməyəcəm”, - o yekunlaşdırıb.

Xatırladaq ki, cari ilin mayında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Böyük Britaniyada olarkən Məsud Özillə görüşüb. Daha sonra Almaniya Futbol Federasiyasının başçısı Qrindel Raynxard onların görüşü haqqında tənqidlə çıxış edib. Alman futbolçu həmçinin, Ərdoğanla şəkil çəkib və bunu onda iki - alman və türk ürəyinin olması ilə izah edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm