"Qarabağ"ın rəqibinin prezidenti söz verdiyi mükafatı ödəməkdən imtina etdi
Bizi izləyin

İdman

"Qarabağ"ın rəqibinin prezidenti söz verdiyi mükafatı ödəməkdən imtina etdi

UEFA Çempionlar Liqasının (ÇL) II təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan Albaniya "Kukesi"sinin prezidenti Safet Citsi komanda üzvlərinə söz verdiyi mükafatı ödəməkdən imtina edib.

Publika.az report-a istinadən xəbər verir ki, Kukesi şəhərinin eyni adlı təmsilçisinin rəhbəri ÇL-in I təsnifat mərhələsində Malta "Valletta"sını keçəcəkləri təqdirdə komanda üzvlərinə 100 min avro mükafat vəd edib. Lakin Albaniya çempionunun sərgilədiyi futbol Çitsinin ürəyincə olmadığı üçün fikrindən daşınıb. O, komandanın evdə 0:0, səfərdə isə 1:1 hesablı heç-heçə etməklə mərhələ adlamasını qənaətbəxş saymadığını söyləyib.

Bildirilir ki, klub rəhbərinin narazılığına rəğmən, heyət üzvləri III təsnifat mərhələsində "Qarabağ"la ilk oyundək mükafatlarını alacaqlarına ümid bəsləyirlər.

Qeyd edək ki, "Qarabağ" "Kukesi" ilə ilk matçını səfərdə keçirəcək. İyulun 25-i "Loro Boriçi" stadionunda baş tutacaq görüş Bakı vaxtı ilə saat 21:00-da başlanacaq. Cavab oyunu isə avqustun 1-i Tofiq Bəhrəmov adına Respublika stadionunda təşkil saat 21:00-da start götürəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm