İdman
"Kukesi"nin baş məşqçisi "Qarabağ"la oyun haqqında danışdı
"Rəqibin gücünü bilirik. Amma futbolda əvvəldən heç nəyi demək olmaz. Qələbə üçün əlimizdən gələni edəcəyik. Amma hər şeyi meydanda göstərmək lazımdır".
Publika.az goal.az-a istinadən xəbər verir ki, bunu "Qarabağ"la keçirəcəyi Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunundan əvvəl Albaniyanın "Kukesi" komandasının baş məşqçisi Armando Kunqu mətbuat konfransında deyib. 45 yaşlı mütəxəssis bildirib ki, komandasının qələbə qazanmaq üçün potensialı var:
"Hər şeydən əvvəl mən futbolçulara və futbolun təməli olan qələbə ruhuna inanıram. Rəqibi tanıyıram. "Qarabağ"ın özünəməxsus oyun üslubu var".
Kapitan Yuli Şameti isə layiqincə mübarizə aparacaqlarını açıqlayıb:
"Nəyə görə də növbəti mərhələyə can atmayaq?! Bura gəlmişiksə, deməli, keyfiyyətli komandayıq. Amma biz rəqibi tanıyır, oyun keyfiyyətlərini bilirik. Oyun zamanı əlimizə düşən hər fürsətdən yararlanmağa çalışacağıq".
Qeyd edək ki, bu gün Şkoder şəhərindəki "Loro Boriçi" stadionunda keçiriləcək "Kukesi" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.
-
Müsahibə10:15
Diplomu 175 ölkədə tanınan azərbaycanlı: İki illik proses 40 gündə bitdi
-
Region09:20
Tavuşda etiraz başladı: Ermənilər İrəvan-Tbilisi yolunu bağladılar
-
Ekopublika.az08:35
Azərbaycanda yumurta kəskin ucuzlaşdı - SƏBƏB
-
Nida Xəbər 07:50
Blinken Azərbaycanın kəndlərinin qaytarılması ilə bağlı razılaşmanı alqışladı
-
Magazin107:25
Azərbaycanlı aktrisa əzələlərini nümayiş etdirdi - FOTOLAR
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO