“Qarabağ” sərfəli nəticə ilə qayıdır - YENİLƏNDİ
Bizi izləyin

İdman

“Qarabağ” sərfəli nəticə ilə qayıdır - YENİLƏNDİ

"Qarabağ" Albaniyadan sərfəli nəticə ilə qayıdır. 90 dəqiqənin sonunda qapılara top vurulmayıb: 0-0

***

Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda üz-üzə gələcək Albaniyanın "Kukesi" və Azərbaycanın "Qarabağ" klublarının start heyətləri açıqlanıb.

Publika.az xəbər verir ki, komandalar meydana aşağıdakı "11-lik"lə çıxacaqlar:

"Kukesi": 77. Stivi Fraşeri, 4. Yuli Şameti (k), 6. Alba Ala, 9. Sebino Plaku, 15. Haralamb Çaçi, 18. Arber Çyurbiya, 20. Simo Rumbulaku, 23. Besar Musoli, 24. Edis Maliki, 26. Vilyam Kordeyru Melu, 33. İrakli Dzariya.

"Qarabağ": 13. Vaqner Da Silva, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 6. Simeon Slavçev, 8. Miçel, 11. Mahir Mədətov, 14. Rəşad Sadıqov (k), Filip Ozobiç, 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov, 77. Donald Gerrye.

***

Çempionlar Liqasında II təsnifat mərhələsi çərçivəsində bu gün “Qarabağ” ilk oyununa çıxacaq.

Publika.az xəbər verir ki, təmsilçimiz Albaniyada “Kukesi”nin qonağı olacaq.

Loro Boriçi stadionunda baş tutacaq matç saat 21:00-da start götürəcək.

Oyunu Norveçdən olan hakimlər briqadası idarə edəcək. Baş hakim Ola Hobber Nilsen, onun köməkçiləri Tom Harald Qronevik, Qeyr İsaksen, dördüncü hakim isə Kai Erik Steen olacaq. UEFA nümayəndəsi Roy Katkart (Şimali İrlandiya), hakim-inspektor isə Xuan Antonio Fernandes Marin (İspaniya) təyin edilib.

Xatırladaq ki, ilk turda "Qarabağ" Sloveniyanın "Olimpiya" klubunu mübarizədən kənarlaşdırıb (1:0, 0:0).

Qurban Qurbanovun komandası bu mərhələni də uğurla adlasa, növbəti turda BATE – HİK cütünün qalibi ilə qarşılaşacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm