“Qarabağ”ın yeni transferi: "Tarix yazmağa gəlmişəm"
Bizi izləyin

İdman

“Qarabağ”ın yeni transferi: "Tarix yazmağa gəlmişəm"

"Qarabağ"ın "Bursaspor"dan heyətinə qatdığı Con Delarj müsahibə verib.

Publika.az qol.az-a istinadən xəbər verir ki, "Ağdam" klubuna keçidindən danışan konqolu hücumçu maraqlı fikirlər səsləndirib.

- Əvvəlcə "Qarabağ"a keçidinizlə bağlı təəssüratlarınızı bilmək maraqlı olardı...

- Həqiqətən də, "Qarabağ"a keçdiyimə görə çox sevinirəm. Bu komandaya tarix yazmağa gəlmişəm.

- Transferiniz necə gerçəkləşdi?

- Hər şey çox ani oldu. Detalları sizə deyə bilmərəm. Amma onu deyim ki, bu keçiddən hər iki tərəf məmnun qaldı.

- "Qarabağ"dan təklif alana qədər bu komanda haqda nəsə bilirdiniz?

- Əlbəttə, müəyyən məlumatlarım var idi. Hətta Çempionlar Liqasında iştirak etməsindən də xəbərdar idim. Gəldiyim klubu tanıyıram. Bilirəm ki, "Qarabağ" Azərbaycanın ən yaxşı komandasıdır.

- "Qarabağ"dan başqa, digər təklifləriniz də var idi?

- Bəli, bir neçə klubdan da təklif almışdım. Amma seçimim "Qarabağ" oldu.

- Niyə məhz "Qarabağ"?

- "Qarabağ"ı ona görə seçdim ki, bu, mənim yenidən Çempionlar Liqasında oynamağım baxımından əla imkandır. Ümumiyyətlə, düşünürəm ki, "Qarabağ" futbol oynamaq üçün yaxşı komandadır.

- "Qarabağ"dan təklif gələndə bu komanda barədə, Azərbaycan futbolu haqda maraqlandınız?

- Təbii ki, bəzi insanlardan bilməli olduğum bütün vacib məlumatları soruşdum. Danışdığım şəxslər də "Qarabağ"la bağlı hiss etdiklərini təsdiqlədilər. Bu, həqiqətən də çox yaxşı komandadır.

- Yeni komandanıza nə vaxt qoşulacaqsınız?

- Ən qısa zamanda. Bu həftə ərzində artıq komandanın düşərgəsində olacağam.

- "Kukesi" ilə Bakıda keçiriləcək cavab matçında oynamaq şansınız var?

- Ümid edirəm ki, oynayacağam. Amma görək, necə olur. Əgər həmin matçda oynamaq imkanı qazansam, komandaya kömək etmək üçün əlimdən gələnin ən yaxşısını edəcəyəm.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm