İdman
"Qara işlər"lə məşğul olan futbolçunun adını açıqladı: "Atası canımı boğazıma yığıb"
I Divizionda iştirak etməyəcək klublar danışılmış oyunlarla bağlı UEFA-dan gələn hesabatda yer alanlardır.
Publika.az futbol11.az-a istinadən xəbər verir ki, bunu Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev Azərbaycan Premyer Liqasının 2018/2019 mövsümünün püşkatma mərasimindən sonra təşkil edilən mətbuat konfransıda söyləyib.
O bildirib ki, hansısa klubla bağlı UEFA-dan məktub gəlibsə, demək, nəsə var: "Ola bilər ki, hansısa komandanın adı danışılmış oyunlarda hallanmasın, amma çempionata qatılmasın. Ruslan Tağızadənin atası canımı boğazıma yığıb. And verir ki, oğluma kömək et. Halbuki onun oğlunun adı danışılmış oyunlarda hallanır. Deyir ölkənin bayrağın qaldırmışıq. Harda qaldırıb, bilmirəm. Əvvəlki pullar yoxdur, səviyyəsi uyğun olmayanlar özlərinə başqa iş tapsınlar. Mənim oğlum çoxundan zəif deyildi. Amma gördü ki, alınmır, qırağa çəkildi. 22-23 yaşlı futbolçu özünü isbatlaya bilmirsə, başqa iş tapsın".
Musayev bildirib ki, hazırda danışılmış oyunlarla bağlı araşdırmalar davam edir: "Hazırda klub rəsmiləri, futbolçular dəvət olunur, sorğu-sual aparılır. Yaxın vaxtlarda səsi çıxacaq".
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular