"Qarabağ" - "Kukesi" oyununun hakimləri açıqlandı
Bizi izləyin

İdman

"Qarabağ" - "Kukesi" oyununun hakimləri açıqlandı

Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Qarabağ” – “Kukesi” matçının hakimləri məlum olub.

Publika.az AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, qarşılaşmanı slovakiyalı hakimlər briqadası idarə edəcək.

Matçın baş hakimi Peter Kralovic olacaq. Ona yan xətdə Miroslav Benko və Erik Weiss yardım edəcək. Patrik Hrcka isə ehtiyat hakim olacaq.

Qeyd edək ki, avqustun 1-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” - “Kukesi” matçı saat 21:00-da başlayacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm