Azərbaycan cüdoçuları Zaqrebdə üç medal qazandılar
Bizi izləyin

İdman

Azərbaycan cüdoçuları Zaqrebdə üç medal qazandılar

Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən cüdo üzrə Qran-Pri yarışına yekun vurulub. Beynəlxalq turnirin sonuncu günü millimiz aktivinə daha bir medal yazdırıb.

Publika.az xəbər verir ki, 90 kiloqram çəki dərəcəsində ölkəmizi təmsil edən Məmmədli Mehdiyev turnirin bürünc medalını qazanıb.

Bundan əvvəl Rüstəm Orucov (73 kq) və Elxan Məmmədov (90 kq) bürünc medal əldə etmişdilər.

Qeyd edək ki, 78 ölkədən 508 (326 kişi, 182 qadın) cüdoçunun qüvvəsini sınadığı Qran-Pridə Azərbaycan millisi 11 cüdoçu (10 kişi, 1 qadın) ilə təmsil olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm