İdman
Bədii gimnastika üzrə Avropa çempionatı başa çatdı
Bakıda keçirilən bədii gimnastika üzrə 30-cu Avropa çempionatı başa çatdı. ANS PRESS-in məlumatına görə, bağlanış mərasiminə həsr olunmuş qala-konsert keçirilib.
Qala-konsertdə yubiley çempionatda iştirak edən bir sıra
komandaların gimnastları çıxış ediblər. Onlar rəngarəng və
yaddaqalan şou təqdim ediblər. Çıxışlar həm fərdi, həm də komanda
şəklində olub.
Qala-konsertdən sonra Azərbaycan Gimnastika İttifaqının bayrağının
Azərbaycan tərəfindən növbəti Avropa çempionatının keçiriləcəyi
Belarusa təqdim edilməsi mərasimi olub. Sonda Tünzalə Ağayevanın
ifasında mahnı səsləndirilib.
Bədii gimnastika üzrə Avropa çempionatının bağlanış mərasimində
Avropa Gimnastika İttifaqının (UEG) bayrağı Belarus nümayəndə
heyətinə təqdim olunub.
Növbəti Avropa Çempionatının aprelin 29-dan mayın 3-dək Minskdə
keçiriləcəyinə işarə edən bayraq Belarus Gimnastika
Assosiasiyasının prezidenti Vladimir Karpoviçə Azərbaycan
Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənov
tərəfindən təqdim olunub.
Qeyd edək ki, bədii gimnastika üzrə yubiley - 30-cu Avropa
çempionatı iyunun 13-də Bakıda Milli Gimnastika Arenasında start
götürüb. Bakıda artıq üçüncü dəfə keçirilən turnirdə 33 ölkədən 258
idmançı iştirak edib. Onlar 9 dəst medal uğrunda mübarizə
aparıblar.
Azərbaycan gimnastları bu çempionatda 3 medal qazanıblar.
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?