"Qarabağ" - "Kukesi" matçına neçə bilet satılıb?
Bizi izləyin

İdman

"Qarabağ" - "Kukesi" matçına neçə bilet satılıb?

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək "Qarabağ" - "Kukesi" (Albaniya) matçına bilet satışı davam edir.

Publika.az xəbər verir ki, oyuna 15 min bilet satılıb. Bu barədə klubun "facebook" səhifəsi məlumat yayıb.

Qeyd edək ki, "Qarabağ" - "Kukesi" matçı avqustun 1-də, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Matç saat 21:00-da başlayacaq. Cütün ilk görüşündə 0:0 hesablı heç-heçə qeydə alınıb.

Satış məntəqələri:

T. Bəhramov adına Respublika stadionunun kassaları

Asan Xidmət Mərkəzləri (ASAN 1, ASAN 2, ASAN 3, ASAN 4, ASAN Sumqayıt)

Heydər Əliyev Sarayının kassası 28 Mall

Gənclik Mall

Park Bulvar (Qarabağ FK Fanshop)

M.Rəsulzadə 3 (Azərb. k/t yaxınlığı)

Bül-bül prospekti, Nizami küç. (Nizami k/t yaxınlığı)

Üzeyir Hacıbəyov küç.69x (Hökümət evinin arxası)

Biletləri onlayn olaraq iticket.az saytından əldə edə bilərsiniz.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm