İdman
“Matçın taleyini bir qol həll edə bilər” - Qurban Qurbanov
"Çox vacib oyuna çıxdığımızı yaxşı başa düşürük. Səfərdən heç-heçə ilə qayıtmışıq. Lakin qol buraxmamaq meydan sahibi üçün müsbət haldır. Matçın taleyini bir qol belə həll edə bilər. Səbrli olmalı, hər epizodda düzgün qərar verməyə çalışmalıyıq. Rəqib də oyuna çox ciddi hazırlaşıb. Sərfəli nəticə əldə etmək üçün əlimizdən gələni edəcəyik".
Publika.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının II təsnifat mərhələsində Albaniya təmsilçisi “Kukesi” ilə cavab matçından öncə keçirilən mətbuat konfransında deyib. 45 yaşlı mütəxəssis daha sonra jurnalistləri suallarını da cavablandırıb.
- İlk oyundan sonra "Kukesi" barədə nə deyə bilərsiniz?
- "Kukesi"ni tam yaxından tanıdıq. Amma bizimlə görüşə fərqli heyətlə çıxıdılar. Yenə də bəzi dəyişikliklərə hazır olmalıyıq.
- Rəqib düşərgədən "Qarabağ"a tərif xarakterli açıqlamalar aldadıcı manevr ola bilər?
- Yüz faiz ola bilər. Futbolçularımız təcrübəlidir. Rəqibin yaxşı və pis açıqlaması bizə mane olmamalıdır. Onların dedikərini lazım olsa, biz müzakirə edib, fikir bildirməliyik.
- Yeni transferlər Con Delarj və İnnosent Emeqaranı start heyətdə görə biləcəyik?
- Hər ikisi bizim istədiyimiz formada deyil. Amma onlardan birin start heyətində yer almaq ehtimalı var. Buna sabah qərar verəcəyik. Müdafiəni düzgün qurmalıyıq.
- Komandanın 3 oyuna 2 qol vurması sizi narahat etmir?
- Az qol vurmağımız məni narahat edir. Qol vurmaq üçün addımlar atırıq. Amma belə görüşlərdə qol az olur.
- Rəqib baş məşqçi penaltilərə hazırlaşdıqlarını deyib. Siz isə qol vurmağa çalışacağınızı söylədiniz. Oyunun əlavə vaxta getməsini istəmirsiniz?
- İstərdik, oyun 90 dəqiqə çəksin. Hər bir məşqçinin öz fikri var. Ola bilər, komandasını oyuna bu cür hazırlayır. Düşünürəm ki, oyunun taleyini həll etmək üçün təcrübəmiz yetərli olacaq.
- Zubirin durumu necədir?
- O, 3 məşqdir bizimlədir. Oynayıb-oynamayacağına sabah qərar verəcəyik (Report)
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər
-
Magazin125 Aprel 22:48
Müşfiq Musanın məşhur mahnısını oxudu - VİDEO
-
Magazin125 Aprel 22:00
Firuzə İbadova həmin xəbəri TƏKZİB ETDİ: "Onun ruhu şad olsun deyə..."
-
Sosial25 Aprel 21:24
Bakıda qızı açıq-saçıq geyiminə görə mağazadan qovdular - VİDEO
-
İnanc25 Aprel 20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO
-
Cənubi Qafqaz25 Aprel 19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü