• USD 1,7000 0,00% EUR 2,0722 0,00%
    • GBP 2,4112 0,00% RUB 0,0237 0,00%

İquayn “Çelsi”yə niyə keçməyib? - Özü açıqladı

İquayn “Çelsi”yə niyə keçməyib? - Özü açıqladı

"Milan"ın "Yuventus"dan icarəyə götürdüyü Qonsalo İquaynın "Çelsi"yə keçmək variantı da olub.

Publika.az komanda.az-a istinadən xəbər verir ki, bu barədə futbolçu özü məlumat verib. O, "Çelsi"yə keçməməyinin səbəbini belə izah edib:

"Mauritsio Sarriyə çox böyük hörmətim var. Məni "Çelsi"də görmək istəyən yeganə şəxs də o idi. Başqa heç kim.

"Milan"da olmağımı isə burda hamı istəyirdi. Elə ona görə də, burdayam.

12 ildir ki, Avropada çıxış edirəm. Bu müddətdə məni ən çox heyrətləndirən "Milan"da gördüklərimdir. Burda futbolçu üçün hər şey var. Tarix, əsl futbol".

İquayn Sarrinin rəhbərliyi altında "Napoli"də çıxış edib. "Milan" onu "Yuventus"dan illik 18 milyon avroya icarəyə götürüb.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR