Hollandiyalı rəqib "Qarabağ"dan danışdı: "Daha güclü rəqiblərlə qarşılaşmağımız əla olardı"
Bizi izləyin

İdman

Hollandiyalı rəqib "Qarabağ"dan danışdı: "Daha güclü rəqiblərlə qarşılaşmağımız əla olardı"

Çempionlar Liqasının 4-cü təsnifat mərhələsində “Qarabağ”ın potensial rəqibi seçilən PSV komandasının rəsmisi təmsilçimiz haqqında fikirlərini bölüşüb.

Publika.az xəbər verir ki, klubun nümayəndəsi Yust van Erp istənilən halda PSV-ni çətin oyunlar gözləyirdiyni bildirib.

Püşkatmadan sonra fikirlərini bölüşən Erp bu sözləri deyib:

“İndiki məqamda heç bir holland klubu Avropada rahat ola bilməz. PSV də bu baxımdan digərlərindən heç nə ilə fərqlənmir. Komandamızın qrup mərhələsinə vəsiqə qazanıb, daha güclü komandalarla qarşılaşması əla olardı”.

Qeyd edək ki, “Qarabağ” BATE klubunu 3-cü təsnifat mərhələsində keçərsə, Hollandiyanın PSV klubu ilə qarşılaşacaq.

Pley-of mərhələsinin ilk oyunları avqustun 21 və ya 22-də, cavab matçları isə 1 həftə sonra keçiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm