Millət vəkilini it dişlədi
Bizi izləyin

İdman

Millət vəkilini it dişlədi

Millət vəkilini it dişlədi

Türkiyə futbolunun əfsanəsi, millət vəkili Hakan Şükür xoşagəlməz olayla qarşılaşıb.

Publika.az xəbər verir ki, Hakan Şükürü it dişləyib. Şükür qızına aldığı itin qəzəbinə tuş gəlib. “Qalatasaray”ın məşhur forvardı təxminən bir həftə öncə aldığı itin şəkilini də instaqram səhifəsində paylaşmış və belə şərh yazmışdı:

“Kiçik qızım Busə Selmanın istəyi ilə almışıq. Adı da Rikkidi”.

Şükürün Rikkinin qəzəbinə nədən gəldiyi bilinmir. Futbolçu hazırda xəstəxandadır. Onun vəziyyətinin normal olduğu bildirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm