Pike millidəki karyerasını bitirdi
Bizi izləyin

İdman

Pike millidəki karyerasını bitirdi

"Barselona" klubunun müdafiəçisi Jerar Pike İspaniya millisində karyerasını başa vurub.

Jerar Pike bu barədə İspaniya millisinin yeni baş məşqçisi Luis Enrikeni məlumatlandırıb: "Baş məşqçi Luis Enrike ilə danışdım və ona qərarımı bildirdim. Bu, gözəl tarix idi. Mən Dünya Çempionatının və Avropa Çempionatının qalibi olmuşam. Amma daha bütün diqqətimi "Barselona"ya yönəldəcəm".

Qeyd edək ki, Jerar Pike "Barselona" klubu ilə 7 dəfə İspaniya çempionu adını qazanıb, həmçinin 6 dəfə İspaniya kuboku, 7 dəfə İspaniya superkuboku, 3 dəfə Çempionlar Liqası və 2 dəfə UEFA Superkubokun qalibi olub. İspaniya yığması ilə Jerar Pike 2010-cu ildə Dünya Çempionatının, 2012-ci ildə isə Avropa Çempionatının qalibi adını qazanıb.

2009-cu ildən İspaniya millisində oynayan Pike indiyə kimi 103 matçda 5 dəfə rəqib torunu silkələyib (Teleqraf.com)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm