İdman
Azərbaycan atleti Avropa çempionatında gümüş medal qazandı
Almaniyanın paytaxtı Berlində keçirilən atletika üzrə Avropa çempionatında Azərbaycan millisi ilk medalını qazanıb.
Üç təkanla tullanma növündə Aleksis Kopelyo gümüş medala sahib olub. Kubalı legioner 6 cəhdindən ən yaxşısını 16,93 metr nəticə ilə göstərib. Kopelyo əvvəllər Kuba millisində çıxış etdiyi vaxt 2009-cu ildə Berlində keçirilmiş dünya çempionatında bürünc medalçı olmuşdu. O, Azərbaycan vətəndaşlığını qəbul etdikdən sonra da ilk medalını elə eyni məkanda təşkil olunmuş qitə çempionatında əldə edib.
Avropa çempionu adına isə son cəhdində 17,10 metr tullanmağı bacaran portuqaliyalı olimpiya və dünya çempionu Nelson Evora yiyələnib. 34 yaşlı atlet karyerasında üçüncü dəfə Avropa çempionu olub. O, daha əvvəl 2015 və 2017-ci illərdə qitənin ən güclüsü titulunu əldə etmişdi.
Bürünc medala yunanıstanlı Dimitrios Tsiamis 16,78 metr göstərici ilə sahib olub. Azərbaycanın digər təmsilçisi Nazim Babayev isə ondan cəmi 2 santimetr geri qalaraq, 4-cü yeri tutub və mükafatçılar sırasına düşə bilməyib.
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK