• USD 1,7000 0,00% EUR 2,0567 0,00%
    • GBP 2,3990 0,00% RUB 0,0236 0,00%

"Qarabağ" aldadıcı təəssürat yarada bilər - BATE-nin futbolçusu

  • İdman
  • 13 Avqust 2018 20:27
  • 572 Baxış
"Qarabağ" aldadıcı təəssürat yarada bilər - BATE-nin futbolçusu

"Qarabağ" aldadıcı təəssürat yarada bilər. Kifayət qədər güclü futbolçular və yaxşı legionerlər var".

Bunu Belarusun BATE komandasının futbolçusu Stanislav Draqun UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində “Qarabağ”la cavab oyunundan əvvəl təşkil olunan mətbuat konfransında deyib.

30 yaşlı yarımmüdafiəçi komandanın ilk matçda hər iki hissədə fərqli oyun sərgilədiyini söyləyib: "Hər şey psixoloji və Bakıdakı oyunda olan təzyiqlə bağlıdır. Stadion dolu idi. Belə dəstəklə "Qarabağ" dolu tribunalar önündə uduzmamalı idi. Xoşbəxtlikdən hesabda önə keçdik. Yaxşı ki, biz qələbə qazandıq".

Qeyd edək ki, BATE - "Qarabağ" matçı avqusutun 14-ü Bakı vaxtı ilə 21:00-da start götürəcək (Report).

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR