ÇL-də "play-off" mərhələsinə vəsiqə qazanan komandalar müəyyənləşdi
Bizi izləyin

İdman

ÇL-də "play-off" mərhələsinə vəsiqə qazanan komandalar müəyyənləşdi

Bu gün UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinin cavab görüşləri keçirilib.

10 qarşılaşmadan sonra Çempionlar Liqasının "play-off" mərhələsinə vəsiqə qazanan komandalar müəyyənləşib.

Azərbaycan yığmasının futbolçusu Riçard Almeydanın çıxış etdiyi Qazaxıstanın "Astana" komandası Zaqrebdə Xorvatiya "Dinamo"suna 0:1 hesabı ilə məğlub olub. İlk oyunda rəqibinə 0:2 hesabı ilə uduzan Qazaxıstan təmsilçisi Çempionlar Liqası ilə vidalaşıb. Matça start heyətdə başlayan Almeyda 78-ci dəqiqədə əvəzlənib.

Türkiyənin "Fənərbağça" klubu isə doğma azarkeşlər önündə Portuqaliya "Benkifa"sı ilə münasibətlərə aydınlıq gətirib. Görüş 1:1 hesabı ilə yekunlaşıb. İlk oyunda 0:1 hesabı ilə məğlub olan İstanbul klubu da ÇL-də mübarizəni dayandırıb.

III mərhələnin cavab oyunlarından sonra "Dinamo" (Kiyev, Ukrayna), BATE (Belarus), PAOK (Yunanıstan), AEK (Yunanıstan), "Dinamo” (Zaqreb, Xorvatiya), "Benfika" (Portuqaliya), "Videoton" (Macarıstan), "Zaltsburq” (Avstriya), "Ayaks" (Hollandiya) və "Srvena Zvezda" (Serbiya) komandaları Çempionlar Liqasının "play-off" mərhələsinə vəsiqə qazanıblar.

Rusiyanın "Spartak", Türkiyənin "Fənərbağça", Belçikanın "Standart" və Çexiyanın "Slaviya" komandaları isə birbaşa Avropa Liqasının qrup mərhələsində iştirak edəcəklər.

"Qarabağ" (Azərbaycan), Seltik (Şotlandiya), "Astana" (Qazaxıstan), "Malmö" (İsveç), "Şkendiya" (Makedoniya) və "Spartak" (Trnava, Slovakiya) komandaları mübarizəni Avropa Liqasının "play-off" mərhələsində davam etdirəcəklər.

Çempionlar Liqası, III təsnifat mərhələsi, cavab oyunları

14 avqust

20:30. "Dinamo" (Kiyev, Ukrayna) - "Slaviya" (Praqa, Çexiya) - 2:0

Qollar: Benjamin Verbiç, 11. Artyom Besedin, 74.

İlk oyun - 1:1

21:00. BATE (Belarus) - "Qarabağ" (Azərbaycan) - 1:1

Qollar: Mirko İvaniç, 20 - Miçel, 54

İlk oyun - 1:0

21:30. "Spartak" (Moskva, Rusiya) - "PAOK" (Yunanıstan) - 0:0

Qırmızı vərəqə: Luis Adriano, 33 ("Spartak")

İlk oyun - 2:3

22:00. AEK (Yunanıstan) -"Seltik” (Şotlandiya) - 2:1

Qol: Rodriqo Qalo, 6. Marko Livaya, 50 - Skot Sinkler, 78

İlk oyun - 1:1

22:00. "Dinamo” (Zaqreb, Xorvatiya) - "Astana” (Qazaxıstan) - 1:0

Qol: Mario Qabranoviç

İlk oyun - 2:0

22:00. "Fənərbağça" (Türkiyə) - "Benfika" (Portuqaliya) - 1:1

Qol: Alper Potuk, 45 - Gedson Fernandes, 26

İlk oyun: 0:1

22:00. "Videoton" (Macarıstan) - "Malmö" (İsveç) - 0:0

İlk oyun - 1:1

22:15. "Şkendiya” (Makedoniya) - "Zaltsburq” (Avstriya) - 0:1

Qol: Andre Silva, 90

İlk oyun - 0:3

22:30. "Ayaks" (Hollandiya) - "Standard" (Belçika) - 3:0

Qollar: Klas Yan Huntelar, 30. Matteis de Liqt, 34, David Neres, 46

İlk oyun - 2:2

22:30. "Spartak" (Trnava, Slovakiya) - "Srvena Zvezda" (Serbiya) - 1:1 (Əlavə vaxt 0:1)

Qollar: Marek Bakoş, 6 - Əl-Fərdu ben Nabuhane, 7. Nemanya Rodoniç, 98

İlk oyun - 1:1 (Report).

Oxumağa davam et
Reklam
Reklam

Gündəm