Messi millidə çıxış etməyəcək - Federasiyaya bildirdi
Bizi izləyin

İdman

Messi millidə çıxış etməyəcək - Federasiyaya bildirdi

Argentina millisinin kapitanı Lionel Messi yığmadakı karyerasına fasilə vermək niyyətindədir.

Publika.az xəbər verir ki, futbolçu Argentina Futbol Federasiyasının prezidenti Klaudio Tapia və müvəqqəti baş məşqçi Lionel Skalonidən ilin sonunadək milli komandaya çağırılmamasını istəyib.

Xəbərdə “İnter”in hücumçusu Mauro İkardinin yenidən yığmaya dəvət alacağı da bildirilib.

Argentina millisi sentyabrın 7-də Qvatemala, sentyabrın 11-də Kolumbiya ilə yoldaşlıq oyunları keçirəcək.

Qeyd edək ki, 2005-ci ildən milliyə dəvət olunan Messi 128 oyunda 65 qol vurub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm