Komadan ayılan Şumaxer arvadı ilə - FOTOLAR
Bizi izləyin

İdman

Komadan ayılan Şumaxer arvadı ilə - FOTOLAR

Komadan ayılan Şumaxer arvadı ilə - FOTOLAR

“Formula-1” yarışları üzrə yeddiqat dünya çempionu Mixael Şumaxer komadan ayılıb.

Publika.az xəbər verir ki, bu haqda xəbəri Şumaxerin meneceri Sabina Kem verib.

Sabina bildirib: “Mixael Qrenobl xəstəxanasını tərk edib və reabilitasiya mərhələsini davam etdirir. O, koma vəziyyətindən çıxıb.”

Qeyd edək ki, Mihael Şumaxer keçən il dağda xizək sürərəkən başından aldığı zərbədən koma vəziyyətinə düşmüşdü.

Şumaxerin komadan ayılması mətbuatın da gündəmini zəbt edib. Bu münasibətlə Almaniya mətbuatı, “Formula-1” yarışlarının qəhrəmanının heç bir yerdə yayımlanmayan fotolarını təqdim edib.

Şumaxer hər zaman şəxsi həyatını məxfi saxlayıb. Komada yatarkən Mixaelin yanından bir dəqiqə də kənara çəkilməyən arvadı Korinna ilə birgə fotoları Mişel Komte tərəfindən çəkilib. Fotolar 2007-2011-ci illərdə cütlüyün Texasdakı evində çəkilib.

İdmançının qəzaya düşməsindən bir neçə gün əvvəl Korinna Mixael ilə 19 il ərzində bir dəfə də olsun mübahisə etmədiyini elan edib. Mixael Korinnanı hər zaman “qoruyucu mələyim” deyərək çağırıb.

Publika.az mehriban cütlüyün fotolarını təqdim edir.

Camalə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm