İdman
Şəhriyar Məmmədyarovdan növbəti heç-heçə
Bu gün ABŞ-ın Sent-Luis şəhərində "Sinquefield Cup" turnirinin 7-ci turu keçirilib.
Publika.az xəbər verir ki, Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov bu dəfə rusiyalı şahmatçı Sergey Karyakinlə qarşılaşıb.
Partiya Şəhriyar üçün ənənə halını alan heç-heçə ilə yekunlaşıb.
Oyunun gününün sonunda digər qarşılaşmalarda da bərabərlik qeydə alınıb. Maqnus Karlsen (Norveç) və Fabiano Karuana (ABŞ), Vişvanatan Anand (Hindistan) və Aleksandr Qrişuk (Rusiya), Levon Aronyan (Ermənistan) və Uesli So (ABŞ), Maksim Vaşye-Laqrav (Fransa) və Hikaru Nakamura (ABŞ) heç-heçə oynayıb.
Yeddi turdan sonra 4,5 xal toplamış Karuana turnirə liderlik edir. Məmmədyarov, Qrişuk, Aronyan və Karlsen 2-5-ci yerləri bölüşür. Onların hər birinin aktivində 4 xal var. 6-7-ci yerləri Vaşye-Laqrav və Anand (hərəyə 3,5 xal) tutur. Ardınca So (3) və Nakamura (2,5), sonuncu isə Karyakin qərarlaşıb (2).
Turnir avqustun 27-də başa çatacaq. Sinkfild Kubokunun qalibi 75 min dollar qazanacaq.
-
Magazin107:25
Azərbaycanlı aktrisa əzələlərini nümayiş etdirdi - FOTOLAR
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?