"Qarabağ" İngiltərə nəhəngini BAKIYA GƏTİRİR - Rəqiblər müəyyənləşdi (YENİLƏNDİ)
Bizi izləyin

İdman

"Qarabağ" İngiltərə nəhəngini BAKIYA GƏTİRİR - Rəqiblər müəyyənləşdi (YENİLƏNDİ)

Monako şəhərində UEFA Avropa Liqası turnirinin 2018/2019-cu il mövsümünün qrup mərhələsinin püşkü atılıb.

Publika.az püşkatmanın bütün nəticələrini təqdim edir:

A qrupu

“Bayer” (Almaniya)
“Ludoqorets” (Bolqarıstan)
“Sürix” (İsveçrə)
“AEK Larnaka” (Kipr)

B qrupu

“Zalsburq” (Avstriya)
“Seltik” (Şotlandiya)
“Leypsiq” (Almaniya)
“Rosenborq” (Norveç)

C qrupu

“Zenit” (Rusiya)
“Kopenhagen” (Danimarka)
“Bordo” (Fransa)
“Slaviya” (Çexiya)

D qrupu

“Anderlext” (Belçika)
“Fənərbağça” (Türkiyə)
“Dinamo” (Zaqreb, Xorvatiya)
“Spartak” (Trnava, Slovakiya)

E qrupu

“Arsenal” (İngiltərə)
“Sportinq” (Portuqaliya)
“QARABAĞ” (AZƏRBAYCAN)
“Vorskla” (Ukrayna)

F qrupu

“Olimpiakos” (Yunanıstan)
“Milan” (İtaliya)
“Betis” (İspaniya)
“Düdelanj” (Lüksemburq)

G qrupu

“Vilyareal” (İspaniya)
“Rapid” (Avstriya)
“Spartak” (Rusiya)
“Reyncers” (Şotlandiya)

H qrupu

“Latsio” (İtaliya)
“Marsel” (Fransa)
“Ayntraxt” (Almaniya)
“Apollon” (Kipr)

I qrupu

“Beşiktaş” (Türkiyə)
“Genk” (Belçika)
“Malmö” (İsveç)
“Sarpsborq” (Norveç)

J qrupu

“Sevilya” (İspaniya)
“Krasnodar” (Rusiya)
“Standard” (Belçika)
“Akhisarspor” (Türkiyə)

K qrupu

“Dinamo” (Ukrayna, Kiyev)
“Astana” (Qazaxıstan)
“Ren” (Fransa)
“Yabloneç” (Çexiya)

L qrupu

“Çelsi” (İngiltərə)
PAOK (Yunanıstan)
BATE (Belarus)
“Vidi” (Macarıstan)

Qeyd edək ki, final qarşılaşması 2019-cu il mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.

***

Avropa Liqasının qrup mərhələsində çıxış edən “Qarabağ”ın rəqibləri müəyyənləşib.

Publika.az xəbər verir ki, E qrupunda yer alan təmsilçimiz “Arsenal” (İngiltərə), “Sportinq” (Portuqaliya), “Vorskla” (Ukrayna) ilə qarşılaçacaq.

***

UEFA Avropa Liqasında 2017/2018 mövsümünün ən yaxşı futbolçusu müəyyənləşib.

Publika.az xəbər verir ki, səsverməyə əsasən, yarışın qalibi - İspaniyanın "Atletiko" komandasının hücumçusu Antuan Qrizmann olub. O, bu ada namizəd olan komanda yoldaşı Dieqo Qodinlə Fransanın "Marsel" klubunun yarımmüdafiəçisi Dmitri Payeti qabaqlayıb.

Qeyd edək ki, qalibin adı Monakodakı Qrimaldi Forumda təşkil olunan Avropa Liqasının 2018/2019 mövsümünün qrup mərhələsinin püşkündən öncə açıqlanıb.

***

Monako şəhərində UEFA Avropa Liqası turnirinin 2018/2019-cu il mövsümünün qrup mərhələsinin püşkü atılır.

Publika.az xəbər verir ki, mərasim Monakoda Bakı vaxtı ilə saat 15:00-da başlayıb.

Tədbirdə avrokuboklardakı yeganə təmsilçimiz "Qarabağ"ın da rəqibləri müəyyənləşəcək. Ağdam klubu bu dəfə üçüncü səbətdə yer alacaq.

Avroliqanın budəfəki püşkatma mərasimində tarixdə ilk dəfə azərbaycanlı səfir də iştirak edəcək. Belə ki, 2018-2019 mövsümündə Avropa Liqasının finalı Bakı Olimpiya Stadionunda keçiriləcəyindən, Vəli Qasımov da püşkatma zamanı səhnədə olacaq.

Püşkatmada iştirak edəcək 48 komanda 4 səbətə bölünüb:

1-ci səbət: "Sevilya" (İspaniya), "Arsenal" (İngiltərə), "Çelsi" (İngiltərə), "Zenit" (Rusiya), "Bayer" (Almaniya), "Dinamo" (Kiyev, Ukrayna), "Beşiktaş" (Türkiyə), "Zaltsburq" (Avstriya), "Olimpiakos" (Yunanıstan), "Vilyarreal" (İspaniya), "Anderlext" (Belçika), "Latsio" (İtaliya)

2-ci səbət: "Sportinq" (Lissabon, Portuqaliya), "Lüdoqorets" (Bolqarıstan), "Kopenhagen" (Danimarka), "Marsel" (Fransa), "Seltik" (Şotlandiya), PAOK (Yunanıstan), "Milan" (İtaliya), "Genk" (Belçika), "Fənərbaxça" (Türkiyə), "Krasnodar" (Rusiya), "Astana" (Qazaxıstan), "Rapid" (Vyana, Avstriya)

3-cü səbət: "Betis" (İspaniya), "QARABAĞ" (AZƏRBAYCAN), BATE (Borisov, Belarus), "Dinamo" (Zaqreb, Xorvatiya), "Leyptsiq" (Almaniya), "Ayntraxt" (Frankfurt, Almaniya), "Malmö" (İsveç), "Spartak" (Moskva, Rusiya), "Standard" (Lyej, Belçika), "Sürix" (İsveçrə), "Bordo" (Fransa), "Renn" (Fransa)

4-cü səbət: "Apollon" (Kipr), "Rusenborq" (Norveç), "Vorskla" (Poltava, Ukrayna), "Slaviya" (Praqa, Çexiya), "Akhisar Belediyespor" (Türkiyə), "Yablonets" (Çexiya), AEK (Larnaka, Kipr), "Videoton" (Macarıstan), "Reyncers" (Şotlandiya), "Düdelanj" (Lüksemburq), "Spartak" (Trnava, Slovakiya), "Sarpsborq" (Norveç).

Oxumağa davam et
Reklam
Reklam

Gündəm