Siyəzəndə qeyri-adi idman zalı tikilir - FOTO
Bizi izləyin

İdman

Siyəzəndə qeyri-adi idman zalı tikilir - FOTO

Siyəzəndə alternativ enerji ilə təchiz olunacaq idman zalının tikintisinə 2013-cü ilin noyabr ayından başlanılıb.

Siyəzəndə alternativ enerji ilə təchiz olunacaq idman zalının tikintisinə 2013-cü ilin noyabr ayından başlanılıb.

Artıq Azərbaycan Respublikasının Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Şirkətinin sifarişi əsasında inşa olunan idman qurğusunun bünövrəsi və dayaq konstruksiyaları hazırdır. Hazırda üçmərtəbəli binanın birinci mərtəbəsinin hörgü işləri görülür.

İdman qurğusunda çoxfunksiyalı idman zalı və inzibati otaqlar olacaqdır.

Tikinti başa çatdırıldıqdan sonra elektrik enerjisinin istehsalı üçün binanın damında günəş batareyaları quraşdırılacaqdır. İdman zalının enerji təchizatı yalnız günəşdən alınan enerji hesabına ödəniləcəkdir.

İdman qurğusunun 2015-ci ilin əvvəllərində istifadəyə verilməsi nəzərdə tutulur.


Oxumağa davam et
Reklam
Reklam

Gündəm