İdman
Mahir Mədətov azarkeşlərdən narazıdır: "Niyə gəlmirlər?"
Yığmamız UEFA Millətlər Liqasının D Liqasının III qrupunun ilk turunda öz meydanında Kosovo ilə qarşılaşıb və qolsuz heç-heçə edib.
Publika.az sportal.az-a istinadən xəbər verir ki, oyundan sonra millimizin futbolçusu Mahir Mədətov jurnalistlərə müsahibə verib. Mədətov öncə matçla bağlı fikirlərini bildirib:
- Bu gün start heyətində yer alacağınızı gözləyirdiniz?
Öz çıxışınızı necə dəyərləndirərdiniz?
- Qərarı baş məşqçi verir. Bu, bizdən asılı olan bir şey deyil.
Bizim işimiz var gücümüzlə məşq eləməkdir. Məşqlərimizi edirik və
Qurban müəllim kimə şans verirsə, o da çıxıb meydanda hər şeyini
ortaya qoymalıdır. Bu gün çətin matç oldu. Açıq oyun gedirdi. Bir
az ehtiyatlı da davranırdıq. Hamı kompakt oynamağa çalışırdı. Hiss
olunur ki, Kosovo əks hücumlara bel bağlayacaq. Maraqlı oyun
alındı. Birinci oyun olduğunu nəzərə alsaq, pis keçmədi.
Çalışacağıq ki, gələcək matçlarda oyunumuzun keyfiyyətini daha da
artıraq.
- İkinci hissənin sonlarında rəqibi qapısına doğru
sıxışdıra bildik. Həmin oyunu ilk hissədə sərgiləməyə nə mane
olurdu? Taktiki dəyişikliklər oldu?
- İkinci hissədə də oyuna eyni sxemlə çıxdıq. Bəlkə də həyəcan var
idi. Birinci hissədə istədiyimiz oyunu sərgiləyə bilmədik. İkinci
hissə isə bizim üstünlüyümüzlə keçdi. Yeni turnirdə ilk oyunumuz
idi. Hələ öyrəşmə səviyyəsindəyik. Düşünürəm ki, Malta ilə matçda
daha yaxşı nəticə qazanacağıq.
- Bu gedişatla Kosovonu səfərdə məğlub edə
bilərikmi?
- Futbolda hər şey olur. Kosovo yaxşı komandadır. Bunu etiraf etmək
lazımdır. Biz də zəif deyilik.
- Malta ilə oyunla bağlı nə deyə bilərsiniz?
- Hələ ki, Kosovo ilə oyunu analiz edirdik. Maltanın oyununu
görməmişəm. Analiz edəcəyik. Səfərə qələbə üçün gedirik. Niyyətimiz
qrupumuzu birinci pillədə başa vurmaqdır.
- Azarkeşlərin azlığını gördükdən sonra
təəccübləndiniz?
- Bəli. Təəccübləndim. Daha çox azarkeş gözləyirdim. Bu, milli
komandadır. Azərbaycan üçün oynayırıq. Ölkə üçün vacib turnirdir.
Bu turniri keçsək, Avropa çempionatında oynamaq şansımız var. İnsan
dəstək görməyəndə üzülür. Azarkeşlər "niyə oynamırlar?" deyirlər.
Bəs onlar niyə gəlmirlər?
-
Sosial21:36
Daxili İşlər Nazirliyi əhaliyə ÇAĞIRIŞ ETDİ
-
İnanc21:24
Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı
-
Sosial20:24
Şahmar Hüseynova yeni VƏZİFƏ VERİLDİ - FOTO
-
Maraq dünyası20:15
"Tarqovı"da çiy ətdən libas geyinən qızdan QƏRİBƏ HƏRƏKƏTLƏR - VİDEO
-
Art19:36
Azərbaycan və Türkiyə birgə film çəkəcəklər - ADI AÇIQLANDI
-
Elm və təhsil19:12
Emin Əmrullayev ona VƏZİFƏ VERDİ
-
Kriminal18:12
Tulin Ələkbərovanın sevgilisi tərəfindən döyülməsi faktı araşdırıldı: nəticə... - VİDEO
-
Kriminal17:32
Faciəvi şəkildə ölən tələbənin ailəsi məhkəməyə getməkdən imtina etdi - FOTO