İdman
"Qarabağ" liderlə xallarını bərabərləşdirdi
Futbol üzrə Azərbaycan Premyer Liqasında IV tura start verilib.
Publika.az xəbər verir ki, Millətlər Liqası ilə əlaqədar ölkə çempionatında yaranmış fasilədən sonra keçirilən açılış matçında "Qarabağ" "Sumqayıt"ı qonaq edib.
"Azərsun Arena"da baş tutan görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Ağdam təmsilçisi 21-ci dəqiqədə Filip Ozobiçin penaltidən vurduğu qolla qalib gəlib.
Bu qələbədən sonra xallarının sayını 7-yə çatdıran "Qarabağ" lider "Neftçi"yə şərik olub. Hesabında 4 xalı olan "Sumqayıt" isə 5-ci pilləyə enib.
Turun qalan oyunları həftəsonu keçiriləcək. Sentyabrın 15-də "Səbail" "Zirə"ni qəbul edəcək. Ertəsi gün isə "Sabah" - "Qəbələ" və "Neftçi" - "Keşlə" görüşləri olacaq.
-
Kriminal03:30
Sumqayıtda DƏHŞƏT: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”
-
MDB00:30
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
-
Qoroskop00:15
Günün ULDUZ FALI: münasibətlər gərginləşə bilər
-
MDB18 Aprel 23:12
Bu ölkədə falçı və cadugərlərlə bağlı SƏRT QƏRAR VERİLƏCƏK
-
Magazin118 Aprel 22:48
Məşhur xanəndə ONLARI QINADI: "Bu saat necə gəldi geyinirlər" - FOTO