İdmançımız Belarusda qızıl medal qazandı
Bizi izləyin

İdman

İdmançımız Belarusda qızıl medal qazandı

Bu gün Slovakiyanın Trnava şəhərində gənc güləşçilər arasında dünya çempionatında ilk medalımızı qazanmışıq.

Publika.az xəbər verir ki, yunan-Roma güləşçilərimizdən Nəzərşah Fətullayev (87 kq) bürünc medal qazanıb.

Belarusun paytaxtı Minskdə isə yunan-Roma güləşi üzrə Oleq Karavayevin xatirə turniri davam edir. İkinci yarış günündə Taleh Məmmədov (63 kq) qızıl, Rafiq Hüseynov (82 kq) isə bürünc medal qazanıb.

Sabah daha üç medal qazana bilərik. Belə ki, Murad Məmmədov (60 kq) və İslam Abbasov (87 kq) finalda, son Avropa çempionu Eldəniz Əzizli (55 kq) isə III yer uğrunda güləşəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm