Ronaldo meydandan qovuldu - Karyerasında ilk dəfə...
Bizi izləyin

İdman

Ronaldo meydandan qovuldu - Karyerasında ilk dəfə...

Çempionlar Liqasının qrup mərhələsinin 1-ci tur matçında Kriştiano Ronaldo qırmızı vərəqə alıb.

Publika.az xəbər verir ki, “Yuventus”un hücumçusu “Valensiya” ilə səfər matçının 29-cu dəqiqəsində meydandan qovulub.

Portuqaliyalı ulduzun “Valensiya”nın müdafiəçisi ilə topsuz bölgədə mübarizəsi zamanı rəqib yerə yıxılıb. Hakim isə Ronaldonun hərəkətini idmançıya yaraşmayan hərəkət kimi qiymətləndirib və qırmızı vərəqə göstərib.

"Gracenote Live" nəşrinin yazdığına görə, bu, Ronaldunun karyerasında 11-ci, Çempionlar Liqasında isə birinci qırmızı vərəqədir.

Qeyd edək ki, “Yuventus” 10 nəfər qalmasına baxmayaraq 45-ci dəqiqədə Pyanişin penalti qolu ilə ilk hissəni öndə başa vurub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm