Putin və Tramp Həbibin döyüşünü birgə izləyə bilər - - FOTO
Bizi izləyin

İdman

Putin və Tramp Həbibin döyüşünü birgə izləyə bilər - - FOTO

Mütləq Döyüş Çempionatının rəhbəri Deyn Uayt ABŞ və Rusiya prezidentləri – Donald Tramp və Vladimir Putini oktyabrın 6-da Las-Veqas şəhərində (ABŞ-ın Nevada ştatı –red.) irlandiyalı Konor Makqreqor və rusiyalı Həbib Nurmaqomedov arasında keçiriləcək titul üçün döyüşə dəvət edib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Deyn Uayt bu haqda TMZ telekanalına bildirb.

Uaytın sözlərinə görə, çox güman ki, onlar gəlməyəcəklər, çünki döyüş yarışında iki dünya liderinin olması mühafizə xidməti üçün dəhşətdir.

Ancaq Tramp söz verdi, döyüşə televiziyadan baxacaq.

UFC-in başçısı ABŞ prezidenti ilə yaxındır və hətta 2016-cı ildə onun seçkiqabağı kampaniyasında iştirak edib.

Konor Makqreqor və Həbib Nurmaqomedov UFC üzrə ən məşhur döyüşçülərdən sayılırlar. İrlandiyalı keçirdiyi 24 döyüşün 21-də qalib qəlib, üç görüşdə isə məğlub olub. Həbib Nurmaqomedov isə indiyədək keçirdiyi 26 döyüşün hamısında qələbə qazanıb.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm