Falkaoya 3 milyon dollarlıq heykəl qoyuldu
Bizi izləyin

İdman

Falkaoya 3 milyon dollarlıq heykəl qoyuldu

"Monako"nun və Kolumbiya millisinin hücumçusu Radamel Falkaoya doğma şəhəri Santa-Martedə heykəl qoyulub.

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, 6 metrlik abidə ağ rəngdədir. Onun hazırlanmasına və qurulmasına 3 milyon dollardan çox pul xərclənib.

Falkao "Monako"da 2013-cü ildən çıxış edir. 32 yaşlı hücumçu həmçinin Londonun "Çelsi", "Mançester Yunayted", Madridin "Atletiko", "Portu", Argentinanın "River Pleyt" və Kolumbiyanın "Lanseros Boyaka" komandalarının şərəfini qoruyub.

Hazırkı mövsümdə Falkao birinci liqada 4 matçda iştirak edərək 2 qol vurub və 1 məhsuldar ötürmə edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm