Azərbaycan cüdoçusu 1/32 finalda rəqibinə ipponla qalib gəldi - FOTO - -(YENİLƏNDİ)
Bizi izləyin

İdman

Azərbaycan cüdoçusu 1/32 finalda rəqibinə ipponla qalib gəldi - FOTO - -(YENİLƏNDİ)

Cüdo üzrə dünya çempionatında kişilər arasında 73 kiloqram çəki dərəcəsində mübarizə aparan Rüstəm Orucov 1/32 final mərhələsində iraqlı Sajjad Sehenlə qarşılaşıb.

Təmsilçimiz rəqibinə ipponla qalib gələrək 1/16 final mərhələsinə yüksəlib. Növbəti mərhələdə R.Orucov Birləşmiş Ərəb Əmirliyinin təmsilçisi Viktor Skvortov qarşılaşacaq.

***

Azərbaycan cüdoçusu Rüstəm Orucov Bakıda keçirilən dünya çempionatına qələbə ilə başlayıb.

73 kq çəki dərəcəsində yer alan 27 yaşlı idmançı ilk görüşündə misirli Məhəmməd Mohyeldinə qalib gəlib. O, 1/2 final görüşündə 1 dəqiqə 22 saniyəyə ipponla qələbə qazanıb. Avropa çempionunun 1/16 finalda rəqibi Viktor Mrovçinski (Polşa) - Viktor Skvortsov (BƏƏ) cütünün qalibi olacaq.

Bu çəkidəki azərbaycanlı digər cüdoçu Hidayət Heydərov isə 1/32 finalda iraqlı Sajjad Sehenlə üz-üzə gələcək.

***

Azərbaycanın qadın cüdoçusu İçinxorlu Munxtsedev Bakıda davam edən dünya çempionatında mübarizəni erkən dayandırıb.

57 kq çəki dərəcəsindəki idmançı 1/32 finala təsadüf edən ilk görüşündəcə almaniyalı Amelie Stolla ipponla uduzub.

Az sonra kişilər arasında 73 kq çəki dərəcəsində yer alan azərbaycanlı Avropa çempionları Rüstəm Orucovla Hidayət Heydərov mübarizəyə qoşulacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm