Hidayət Heydərov: "Prezidentimizin yarışı izləməsi mənə əlavə qüvvə verdi"
Bizi izləyin

İdman

Hidayət Heydərov: "Prezidentimizin yarışı izləməsi mənə əlavə qüvvə verdi"

Bu mənim cüdo üzrə böyüklər arasında dünya çempionatında ilk medalımdır. Yarımfinalda rəqibim dünya çempionu Soiçi Haşimoto idi. Təəssüf ki, güclü yaponiyalı idmançı məndən üstün oldu.

Publika.az xəbər verir ki, bu sözləri AZƏRTAC-a müsahibəsində Avropa çempionu və dünya çempionatının bürünc mükafatçısı Hidayət Heydərov deyib.

Yarımfinalda məğlubiyyətinin səbəbləri barədə danışan cüdoçumuz qeyd edib ki, rəqibi yarışlara yaxşı hazırlaşmışdı. “Mən isə gərgin keçən görüşün sonunda artıq yorulmuşdum”, - deyə Hidayət Heydərov bildirib.

"Prezidentimiz İlham Əliyevin yarışı izləməsi mənə əlavə qüvvə verdi. Bürünc medal uğrunda mübarizədə Monqolustan idmançısı Tsoqtbaatar Tsend-Oçirə qalib gəldim. Bakıda medal qazandığım üçün çox sevinirəm. Bu, karyeramda ən böyük uğurumdur", - o əlavə edub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm