Azərbaycan çempionatında məşqçilər meydandan qovuldu - - VİDEO
Bizi izləyin

İdman

Azərbaycan çempionatında məşqçilər meydandan qovuldu - - VİDEO

Futbol üzrə Azərbaycan Premyer Liqasının V turunda "Zirə" və "Neftçi" komandaları arasındakı oyun zamanı insident baş verib.

45-ci dəqiqədə baş hakim Rauf Cabbarov meydan sahiblərinin yeni baş məşqçisi Samir Abasovla onun italiyalı rəqib həmkarı Roberto Bordini texniki zonadan kənarlaşdırıb.

Buna iki mütəxəssis arasında baş verən mübahisə səbəb olub.

Baş məşqçilər tribunaya qalxdıqdan sonra barışıblar. Öz aralarında qısa müzakirədən sonra onlar ilk yarının fasiləyədək olan kiçik hissəsini birgə izləyiblər.

Qeyd edək ki, oyun “Neftçi”nin 2-1 hesablı qələbəsi ilə yekunlaşıb (Report).

Oxumağa davam et
Reklam
Reklam

Gündəm