“Qarabağ” “Qəbələ”ni darmadağınla yola saldı
Bizi izləyin

İdman

“Qarabağ” “Qəbələ”ni darmadağınla yola saldı

Azərbaycan Premyer Liqasında 5-ci turun oyunları keçirilib.

Publika.az xəbər verir ki, turun oyunları iki günü əhatə edib. Turun ilk oyununda "Səbail" debütant "Sabah"ı qəbul edib. Mövsümə əla start verən “Sabah” bu görüşdə qalib gəlməklə, 2-ci pillədəki mövqeyini əldən verməməyi hədəfləmişdi. Amma bu görüşdə qolsuz heç-heçə qeydə alınıb.

Günün ikinci oyununda sonuncu pillədə qərarlaşan "Zirə" lider "Neftçi" ilə münasibətlərinə aydınlıq gətirib. Samir Abasovun komandası “zirzəmi”dən uzaqlaşmaq üçün “ağ-qaralar”dan azı 1 xal qoparmaq ümidində idi. Lakin üç qolun qeydə alındığı görüşdə "ağ-qaralar" qələbə qazanmağa nail olublar.

Turun qalan iki oyunu bu gün keçirilib. Mövsümün uğursuzlarından olan "Keşlə" öz meydanında "Sumqayıt"la üz-üzə gəlib. Hesabı meydan sahibləri açıblar. Amma əzmkarlıq nümayiş etdirən qonaq komanda sonda meydanı 3 xalla tərk etməyi bacarıb.

Tura "Qarabağ" - "Qəbələ" matçı ilə yekun vurulub. Başı Avropa Liqasına qarışan “köhlən atlar” çempionluq mübarizəsindən uzaqlaşmamaq üçün bu oyunda qələbə qazanmaq istəyirdi. “Qəbələ”nin isə qələbəyə “Qarabağ”dan da çox ehtiyacı vardı. Sənan Qurbanovun yetirmələri adət etdikləri liderlər qrupunda olmaq üçün bu görüşdə mütləq qələbə qazanmalıydı. Amma beş qolun qeydə alındığı matçda meydan sahibləri darmadağınla qalib gəliblər.

Azərbaycan Premyer Liqası, 5-ci tur

22 sentyabr

Səbail - Sabah 0:0

Hakimlər: Rəvan Həmzəzadə, Nahid Əliyev, Cəmil Quliyev, Ramil Əhmədov.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Ramiz Abdullayev.
Bakı. “Bayıl Arena”, 18:30.

Səbail: 1. Emil Balayev, 4. Perilyo Enrike, 7. Fəhmin Muradbəyli, 8. Yevgeni Koçuk, 10. Ağabala Ramazanov, 13. Şəhriyar Rəhimov, 14. Rahid Əmirquliyev (k), 22. Edqar Paçeko, 26. Kamal Qurbanov, 28. Kevin Kubemba, 99. Jarjue Maudo.

Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 50. Fərhad Vəliyev, 18. Aqşin Qurbanlı, 27. Emil Martinov, 5. Vüqar Bəybalayev, 11. Ruslan Qurbanov, 16. İqor Korotetski, 21. Murtuz Abakarov, 88. Orxan Qurbanlı, 17. Elçin Rəhimli.

Baş məşqçi: Aftandil Hacıyev.

Sabah: 30. Saşa Stamenkoviç, 8. Elşən Abdullayev, 7. Vitali Kvaşuk, 21. Novruz Məmmədov, 33. Eltun Turabov, 15. Erik Ramos, 25. Vanderson Silva, 9. Marko Deviç, 10. Cavid İmamverdiyev (k), 5. Kərim Diniyev, 13. Filip İvanoviç.

Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli, 88. Elçin Əsədov, 6. Vadim Abdullayev, 14. Tural Qürbətov, 2. Ülvi İbazadə, 11. Elgün Nəbiyev, 27. Bəxtiyar Soltanov, 3. Elvin Bədəlov.

Baş məşqçi: Elşad Əhmədov.

Zirə - Neftçi 1:2

Qol: Dilan Duventru, 33 - Mirabdulla Abbasov, 6. Qoran Paratski, 52.

Hakimlər: Rauf Cabbarov, Namiq Hüseynov, Akif Əmirəli, Ömər Paşayev.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Şaiq Həmidov.
Bakı. “Dalğa Arena”, 20:30.

Zirə: 1. Anar Nəzirov (k), 2. İlkin Qırtımov, 3. Budaq Nəsirov, 5. Adil Nağıyev, 6. Vüqar Mustafayev, 7. Pərdis Fərcad-Azad, 9. Aleksandr Dedov, 11. Dilan Duventru, 17. Vüsal İsgəndərli, 27. Adrian Skarlatake, 88. Tellur Mütəllimov.

Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 8. Kamal Mirzəyev, 10. Sadio Tounkara, 16. İbrahim Aslanlı, 26. Miloş Radivoyeviç, 38. İlkin Muradov, 39. Sadiq Quliyev, 54. Hüseyn Əhmədov, 77. Mirsahib Abbasov, 91. Bilal Həmdi.

Baş məşqçi: Samir Abasov.

Neftçi: 1. Səlahət Ağayev, 18. Tural Axundov, 17. Rəhman Hacıyev, 7. Namiq Ələsgərov, 21. Məhəmməd Mirzəbəyov, 9. Baqali Dabo, 22. Mirabdulla Abbasov, 25. Kiril Petrov (k), 5. Anton Krivotsyuk, 93. Soni Mustivar, 6. Qoran Paratski.

Ehtiyat oyunçular: 94. Rəşad Əzizli, 12. Kamran İbrahimov, 28. Slavko Braliç, 77. Elvin Sərkərov, 26. Ömər Buludov, 33. Ricat Qarayev, 4. Rəşad Eyubov, 70. Əli Şirinov, 10. Dario Frederiko, 8. Emin Mahmudov, 37. Vüsal Əsgərov, 11. Kvame Karikari.

Baş məşqçi: Roberto Bordin.

23 sentyabr

Keşlə - Sumqayıt 1:2

Qol: Slavik Alxasov, 44 - Cavid Tağıyev, 47. Əfran İsmayılov, 67.

Hakimlər: Orxan Məmmədov, Mübariz Haşımov, Elman Musayev, Rəhim Həsənov.
Hakim-inspektor: Əli Hüseynov.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Bakı. “ASK Arena”, 18:30.

Keşlə: 1. Kamran Ağayev (k), 2. Sertan Taşkın, 3. Denis Silva, 4. Slavik Alxasov, 7. Vaqif Cavadov, 14. Andre Klennon, 19. Azər Salahlı, 22. Nikola Mitroviç, 33. Tərlan Quliyev, 90. Ebrima Sohna, 93. Edvinas Girdvainis.

Ehtiyat oyunçular: 30. Davud Kərimi, 9. Amil Yunanov, 10. Ruslan Nəsirli, 11. Bahodir Nasimov, 17. Samir Məsimov, 18. Ruslan Əmircanov, 21. Herve Tçami, 65. Cabir Əmirli, 66. Murad Qayalı, 88. Məmməd Quliyev.

Baş məşqçi: Mladen Milinkoviç.

Sumqayıt: 1. Mehdi Cənnətov, 2. Rail Məlikov (k), 4. Şəhriyar Əliyev, 7. Cavid Tağıyev, 10. Aleksey İsayev, 11. Atilla Yıldırım, 14. Bəxtiyar Həsənalızadə, 21. Arif Daşdəmirov, 22. Əfran İsmayılov, 41. Turan Manafov, 99. Əli Babayev.

Ehtiyat oyunçular: 15. Orxan Sadıqlı, 3. Vurğun Hüseynov, 17. Nicat Qurbanov, 18. Süleyman Əhmədov, 44. Qvanzav Maqomedov, 70. Ülvi İsgəndərov, 77. Murad Xaçayev.

Baş məşqçi: Nazim Süleymanov.

Qarabağ - Qəbələ 4:1

Qol: Abdulla Zubir, 30; 72. Araz Abdullayev, 45+1. Con Delarj, 61 - Rasim Ramaldanov, 90.

Qırmızı vərəqə: Təmkin Xəlilzadə, 90+2.

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Ziya Nəsirov.
Hakim-inspektor: Məhəmməd Məmmədov.
AFFA nümayəndəsi: Sakin Məmmədzadə.
Bakı. “Azərsun Arena”, 20:30.

Qarabağ: 12. Şahruddin Məhəmmədəliyev, 4. Rahil Məmmədov, 8. Markos Madera, 9. Araz Abdullayev, 17. Abdullah Zubir, 21. Hacıağa Hacılı, 25. Ansi Aqolli (k), 28. Con Delarj, 30. Abbas Hüseynov, 52. Yakub Jezniçak, 91. Coşqun Diniyev.

Ehtiyat oyunçular: 1. Hannes Halldorsson, 13. Vaqner da Silva, 2. Qara Qarayev, 7. İnnosent Emeqara, 11. Mahir Mədətov, 18. İsmayıl İbrahimli, 19. Filip Ozobiç, 22. Rövlan Muradov, 55. Bədavi Hüseynov, 77. Donald Gerrye, 14. Rəşad Sadıqov.

Baş məşqçi: Qurban Qurbanov.

Qəbələ: 22. Dmitri Bezotosnı, 3. Voyislav Stankoviç, 4. Elvin Camalov, 14. Cavid Hüseynov (k), 17. Ceyms Adeniyi, 18. İlqar Qurbanov, 27. Bəhlul Mustafazadə, 28. Stiven Monroz, 33. Təmkin Xəlilzadə, 34. Ürfan Abbasov, 88. Sabien Lilay.

Ehtiyat oyunçular: 23. Aqil Məmmədov, 35. Murad Popov, 5. Rasim Ramaldanov, 7. Roman Hüseynov, 8. Qismət Alıyev, 10. Rauf Əliyev, 11. Asif Məmmədov, 21. Lalavele Atakora, 26. Faiq Hacıyev, 32. Amin Seydiyev, 79. Əli Sadıxov, 99. Abbas Ağazadə.

Baş məşqçi: Sənan Qurbanov.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm