“Yuventus”dan inamlı qələbə - A seriyasında turun nəticələri
Bizi izləyin

İdman

“Yuventus”dan inamlı qələbə - A seriyasında turun nəticələri

Futbol üzrə İtaliya A Seriyasında 5-ci tura yekun vurulub.

Publika.az xəbər verir ki, turun açılış oyunu “Sassuolo” və “Empoli” arasında keçirilib. Dörd qolun qeydə alındığı matçda meydan sahibləri 3 xala sevinən tərəf olublar.

Şənbə günü daha 3 görüş baş tutub. Mövsümə uğursuz başlayan "İnter" səfərdə "Sampdoriya"nı minimal hesabla üstələyib. "Fiorentina" doğma meydanda SPAL-ı darmadağın edib. "Parma" isə "Kalyari" ilə ev oyunundan qalib ayrılıb.

Çempionatda yoluna itkisiz davam edən “Yuventus” “Frozinone” səfərinə yollanıb. Turin təmsilçisi inamlı qələbəyə sevinib.

“Napoli” isə bu turda çətin “Torino” səfərinə yollanıb. Neapol təmsilçisi inamlı qələbəyə sevinib. “Milan” “Atalanta” ilə görüşdə xal itkisi ilə üzləşib. “Roma” isə “Bolonya”ya məğlub olub.

İtaliya A Seriyası, 5-ci tur

21 sentyabr

Sassuolo - Empoli 3:1

Qol: Boatenq, 13. Ferrari, 57. Di Françesko, 85 - Kaputo, 1.

22 sentyabr

Parma - Kalyari 2:0

Qol: İnqlese, 20. Jervinyo, 47.

Fiorentina - SPAL 3:0

Qol: Pyaça, 18. Milenkoviç, 28. Kyeza, 56.

Sampdoriya - İnter 0:1

Qol: Brozoviç, 90.

23 sentyabr

Torino - Napoli 1:3

Qol: Belotti, 51-pen - İnsinye, 4; 59. Verdi, 20.

Bolonya - Roma 2:0

Qol: Mattielo, 36. Santander, 59.

Kyevo - Udineze 0:2

Qol: De Paul, 76. Lasanya, 90.

Latsio - Cenoa 4:1

Qol: Kaysedo, 7. İmmobile, 23; 89. Saviç, 53 - Piatek, 56.

Milan - Atalanta 2:2

Qol: İquayn, 2. Bonaventura, 61 - P.Qomes, 54. Riqoni, 90.

Frozinone - Yuventus 0:2

Qol: Ronaldo, 81. Bernardeski, 90.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm