Üzr istədi – “Belə sonluğa layiq deyildik”
Bizi izləyin

İdman

Üzr istədi – “Belə sonluğa layiq deyildik”

Üzr istədi – “Belə sonluğa layiq deyildik”

İspaniya millisinin qapıçısı İker Kasilyas dünya çempionatındakı uğursuzluğa görə azarkeşlərdən üzr istəyib.

Publika.az xəbər verir ki, İker mətbuata verdiyi açıqlamada millidəki gələcək karyerası ilə bağlı da danışıb:

“Bu, bizim üçün ağır zərbə idi. İnanıram ki, azarkeşlərimiz əlimizdən gələni etdiyimizə əmindirlər. Hazırkı millinin siması dəyişməlidi? Hazırda bu sual üzərində düşünmək hələ tezdi. İndi günahkar axtarmağın vaxtı deyil.

Bəli, millidə yaşı 30-u keçmiş futbolçular var. Baş məşqçi hansı qərarı versə, ona hörmətlə yanaşacağıq. Biz belə sonluğa layiq deyildik. Çilli ilə qarşılaşma mənim millidə son oyunum idi? Bilmirəm, baxarıq”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm