“Barselona” yenə XAL İTİRDİ
Bizi izləyin

İdman

“Barselona” yenə XAL İTİRDİ

Sentyabrın 29-da İspaniya La Liqasının 7-ci turuna start verilib.

Publika.az xəbər verir ki, son çempion “Barselona” klubu “Nou Kamp” stadionunda “Atletik Bilbao” komandasını qəbul edib. Görüş 1:1 hesabı ilə başa çatıb. Oyunun 41-ci dəqiqəsində hesabı Bilbao təmsilçisi Oskar de Markos açıb. Oyunun sonlarına kimi “Barselona” klubu daim rəqibin qapısı önündə təhlükəli anlar yaratsa da, yalnız bir qol vurub. Matçın 84-cü dəqiqəsində Munir El Haddadi oyunda tarazlıq yaradıb. Qalan dəqiqələrdə hər iki komandaların cəhdlərinə baxmayaraq hesab dəyişməyib.

Beləliklə, kataloniyalılar İspaniya La Liqasında ikinci dəfə ardıcıl olaraq xal itirib. Altıncı turda Ernesto Valverdenin yetirmələri səfərdə “Leganes” klubuna məğlub olmuşdu (2:1). “Barselona”nın əzəli rəqibi “Real Madrid” klubu bu gün “Santyaqo Bernabeo” stadionunda “Atletiko Madrid” komandası ilə qarşılaşacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm