Topaz Premyer Liqasının altıncı turuna yekun vuruldu - NƏTİCƏLƏR
Bizi izləyin

İdman

Topaz Premyer Liqasının altıncı turuna yekun vuruldu - NƏTİCƏLƏR

Sentyabrın 30-da Topaz Premyer Liqasının altıncı turuna yekun vurulub.

Publika.az xəbər verir ki, Qəbələ şəhər stadionunda eyniadlı komanda “Keşlə"ni qəbul edib.

FİFA referisi Rəvan Həmzəzadənin idarə etdiyi görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Hesabı 5-ci dəqiqədə "Keşlə"nin hücumçusu Amil Yunanov açıb. Belə ki, A.Yunanov Rasim Ramaldanovun səhvindən sonra qapıçı ilə təkbətək mübarizədən qalib ayrılıb. Qoldan sonra fasiləyə qədər hesab dəyişilməyib.

Qarşılaşmanın ikinci hissəsində "Qəbələ" bərabərlik qolunu 76-cı dəqiqədə vurub. Nəzarətsiz qalan Stiven Monroz topu "Keşlə"nin qapısına göndərib. Bu nəticədən sonra "Qəbələ" xalların sayını 5-ə çatdırıb. "Keşlə" isə 2 xal toplayıb.

Turun sonuncu oyunu "Bayıl Arena"da "Sumqayıt" və "Zirə" arasında baş tutub. Görüş "Sumqayıt" klubunun minimal hesabla qələbəsi ilə başa çatıb. Oyunda yeganə qolun müəllifi Atilla Yıldırım olub.

Xatırladaq ki, turun ilk oyun günündə "Neftçi" evdə "Səbail"i 4:0, "Qarabağ" isə səfərdə debütant "Sabah"ı 2:0 hesabı ilə məğlub edib.

Aktivində 16 xalı olan "Neftçi" və "Qarabağ" klubları tura başçılıq edir. 10 xalla "Sumqayıt" və "Sabah" üçüncü və dördüncü yerləri bölüşürlər. Digər pillələrdə isə müvafiq olaraq "Qəbələ" (5), "Səbail" (5), "Zirə" (2) və "Keşlə" (2) qərarlaşıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm