İdman
Reytinq açıqlandı - Məmmədyarov neçəncidir?
Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov Beynəlxalq Şahmat Federasiyasının (FIDE) reytinq cədvəlində yenə üçüncü yerdədir.
Publika.az xəbər verir ki, FIDE 1 oktyabr 2018-ci il tarixinə reytinq cədvəlini dərc edib. Şəhriyar Məmmədyarov bu siyahıda 1 sentyabr 2018-ci il üçün qeydə alınmış mövqeyini dəyişməyib.
Dünyanın ən güclü şahmatçılarının siyahısında birinci yerdə yenə norveçli dünya çempionu Maqnus Karlsendir (2839), ikinci yeri amerikalı Fabiano Karuanadır (2827). Sonrakı yerləri, müvafiq surətdə çinli Din Lijen (2804), fransız Maksim Vaşye-Laqrav, erməni Levon Aronyan, hollandiyalı Aniş Giri (2780), rusiyalı Vladimir Kramnik (2779), amerikalı Uesli So (2775) və hindistanlı Vişvanatan Anand (2771) tutur.
Bizim digər şahmatçımız Teymur Rəcəbov (2751) siyahıda sentyabr ayındakı vəziyyəti ilə müqayisədə bir pillə aşağı enərək 18-ci yerdə qərarlaşıb. Arkadi Naydiç (2721) 29-cu, Rauf Məmmədov (2699) 46-cı, Eltac Səfərli (2676) 67-ci, Qədir Hüseynov (2667) 74-cü yerdədir.
Rapid və blits üzrə dünyada ən güclü şahmatçıların ilk onluğunda son bir ayda dəyişiklik olmayıb.
-
Sosial22:50
Əhaliyə ŞAD XƏBƏR: pensiya və müavinətlər artırıla bilər - VİDEO
-
İdman22:24
UEFA-dan Avro-2024-lə bağlı YENİLİK - Yekun qərar bu tarixdə veriləcək
-
Magazin222:00
Sevgilisi məşhur aktrisanı döydü: "Aylarla..."
-
Sosial21:36
Daxili İşlər Nazirliyi əhaliyə ÇAĞIRIŞ ETDİ
-
İnanc21:24
Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı
-
Sosial20:24
Şahmar Hüseynova yeni VƏZİFƏ VERİLDİ - FOTO
-
Maraq dünyası20:15
"Tarqovı"da çiy ətdən libas geyinən qızdan QƏRİBƏ HƏRƏKƏTLƏR - VİDEO
-
Art19:36
Azərbaycan və Türkiyə birgə film çəkəcəklər - ADI AÇIQLANDI