Kişilər Polşa ilə, qadınlar İtaliya ilə - XALLARI BÖLDÜ
Bizi izləyin

İdman

Kişilər Polşa ilə, qadınlar İtaliya ilə - XALLARI BÖLDÜ

Gürcüstanın Batumi şəhərində 43-cü Ümumdünya Şahmat Olimpiadasının VII tur qarşılaşmaları keçirilir.

Publika.az xəbər verir ki, kişilərdən ibarət Azərbaycan millisi Polşa yığması ilə üz-üzə gəlib. Yığmanın bütün şahmatçıları öz görüşlərini heç-heçə ilə başa vurub.

Bu nəticədən sonra Azərbaycanın kişilərdən ibarət yığması 13 xalla Polşa ilə birgə liderliyini davam etdirir.

Polşa – Azərbaycan - 2:2

Şəhriyar Məmmədyarov – Duda Yan-Kşiştof - 0,5:0,5

Teymur Rəcəbov – Rodoslav Voytaşek - 0,5:0,5

Arkadi Naydiç – Tomçak Yaçek - 0,5:0,5

Eltac Səfərli – Kamil Draqun - 0,5:0,5

E.Səfərli və T.Rəcəbov ağ, Ş.Məmmədyarov və A.Naydiç isə qara fiqurlarla oynayıb.

***

43-cü Ümumdünya Şahmat Olimpiadasının VII turunda qadınlardan ibarət Azərbaycan millisi İtaliya ilə qarşılaşıb.

Yığmanın bütün şahmatçıları rəqibləri ilə xalları yarı bölüblər. Hər iki yığma bu nəticədən sonra 11-ci xallarını qazanıb.

İtaliya – Azərbaycan 2:2

Günay Məmmədzadə - Olqa Zmina - 0,5:0,5

Ülviyyə Fətəliyeva – Marina Brunello - 0,5:0,5

Xanım Balacayeva – Desire Di Bendetto - 0,5:0,5

Zeynəb Məmmədyarova – Elena Sedina - 0,5:0,5

Ü.Fətəliyeva və Z. Məmmədyarova ağ, G.Məmmədzadə ilə X.Balacayeva isə qara fiqurlarla oynayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm