Mxitaryan Bakıya getməyəcək - ESPN-in müxbiri
Bizi izləyin

İdman

Mxitaryan Bakıya getməyəcək - ESPN-in müxbiri

Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olan “Arsenal”ın erməni futbolçusu Henrix Mxitaryan Bakıya gəlməyəcək.

Publika.az xəbər verir ki, bu barədə ESPN telekanalının "Arsenal" üzrə müxbiri Mattias Karen şəxsi “twitter” hesabından məlumat verib:

“Mənə məlumat veriblər ki, Mxitaryan Azərbaycana səyahət etməyəcək. Bu, futbolçunun Azərbaycan - Ermənistan münaqişəsi səbəbindən təhlükəsizlik məqsədiylə verdiyi şəxsi qərarıdır”.
Karen 29 yaşlı yarımmüdafiəçinin Avropa Liqasının Bakıda keçiriləcək finalında iştirakının da sual altında olduğunu deyib:

“Arsenal” Avropa Liqasının final oyununa vəsiqə qazana bilsə, Mxitaryan həmin görüşdə də iştirak etməyə bilər”.

Oktyabrın 4-də Bakı Olimpiya Stadionunda keçiriləcək “Qarabağ” - ”Arsenal” matçı saat 20:55-də start götürəcək. (Komanda.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm