Dünya birincisi olan ermənini diz çökdürərək İtaliyanı silkələyən azərbaycanlı - VİDEO
Bizi izləyin

İdman

Dünya birincisi olan ermənini diz çökdürərək İtaliyanı silkələyən azərbaycanlı - VİDEO

Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının (MEK) “Vikipediya” Metodik Mərkəzinin könüllüləri tərəfindən azərbaycanlı şahmatçı Mirağa Ağayev haqqında məqalə yaradılıb.

Bu barədə Publika.az-a MEK-dən məlumat verilib. O, İtaliya mediasında “Şahmatın dahisi”, “Şahmatın şahı”, “Azərbaycan işıq saçır” ifadələri ilə adlandırılan, İtaliyada şahmat sahəsində bir sıra ilklərə imza ataraq Pyemont regionunda beynəlxalq usta adını alan ilk şahmatçı olaraq tarixə düşüb.

Qeyd edək ki, Mirağa Ağayev 2015-ci ildə İtaliyanın Bratto şəhərində keçirilən yarışda şahmatda Beynəlxalq usta olmaq üçün iştirak edib. Axırıncı turda onun rəqibi Ermənistanın baş məşqçisi və qrossmeysteri olan 52 yaşlı erməni Karen Movsesyan olub. 4-5 saat davam edən oyunda erməni rəqibini məğlub edən Mirağa Ağayev rəqibinin reytinq cədvəlində birinci yerdən 6-cı yerə düşməsinə nail olub, özü isə beynəlxalq usta normasını yığıb 2-ci yerə çıxıb.

Mirağa Ağayevlə bağlı vikiməqalə ilə buradan tanış ola bilərsiniz

Oxumağa davam et
Reklam
Reklam

Gündəm