BŞF-nin yeni prezidenti müəyyənləşdi
Bizi izləyin

İdman

BŞF-nin yeni prezidenti müəyyənləşdi

Beynəlxalq Şahmat Federasiyasının (FIDE) yeni prezidenti müəyyənləşib.

Publika.az xəbər verir ki, FIDE-nin Baş Assambleyasının Gürcüstanın Batumi şəhərində keçirilən iclasında rusiyalı iqtisadçı Arkadi Dvorkoviç təşkilatın rəhbəri seçilib.

Səsvermə zamanı Dvorkoviçin lehinə 103 səs, FİDE-nin vitse-prezidenti Georgios Makropulosun lehinə 78 səs verilib, daha bir səs isə etibarsız sayılıb. Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov Dvorkoviçin komandasında yer alıb. O, FIDE-də vitse-prezident vəzifəsini tutub.

Britaniyalı Naycel Şort isə səsverməyə bir neçə dəqiqə qalmış namizədliyini geri götürüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm