• USD 1,7000 0,00% EUR 1,9423 -0,28%
    • GBP 2,2312 -0,03% RUB 0,0257 0,00%

"Qəbələ" UEFA Gənclər Liqasında ilk oyununu keçirdi

"Qəbələ" UEFA Gənclər Liqasında ilk oyununu keçirdi

"Qəbələ"nin 19 yaşadək futbolçulardan ibarət komandası bu gün UEFA Gənclər Liqasında 2018-2019 mövsümündə ilk oyununu keçirib.

Publika.az xəbər verir ki, I mərhələdən mübarizəyə başlayan "qırmızı-qaralar” Qəbələ şəhər stadionunda Moldova "Şerif”i ilə üz-üzə gəlib.

Emin İmaməliyevin baş məşqç olduğu kollektiv rəqibinin müqavimətini qıra bilməyib. Qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb. Görüşdə hesabı qonaqlar açıb. Danilo İqnatov 31-ci dəqiqədə Moldova təmsilçisini hesabda önə çıxarıb. 57-ci dəqiqədə isə Əli Sadıxov penalti zərbəsini dəqiq yerinə yetirib.

Qeyd edək ki, cavab oyunu oktyabrın 24-də Tiraspolda keçiriləcək.

UEFA Gənclər Liqası

Çempionlar yolu

I mərhələ, ilk oyun

3 oktyabr

18:00. "Qəbələ” (Azərbaycan) – "Şerif” (Moldova) - 1:1

Qollar: Əli Sadıxov, 57 (p) - Danilo İqnatov, 31

Hakimlər: Giorgi Kruaşvili, Zaza Menteşaşvili, Zaza Pipiya (hamısı Gürcüstan), İnqilab Məmmədov (Azərbaycan)

Qəbələ şəhər stadionu

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>