"Arsenal" "Qarabağ"ın yubileyini korladı - VİDEO - (YENİLƏNDİ)
Bizi izləyin

İdman

"Arsenal" "Qarabağ"ın yubileyini korladı - VİDEO - (YENİLƏNDİ)

Bu gün “Qarabağ” komandası avrokuboklarda növbəti oyununu keçirib.

Publika.az xəbər verir ki, Ağdam təmsilçisi Avropa Liqasının qrup mərhələsinin II turu çərçivəsində İngiltərə “Arsenal”nı qəbul edib.

Bu, “topçular”ın Azərbaycandan olan komanda ilə ilk qarşılaşması olub. "Qarabağ" adlı-sanlı rəqibin qapısı qarşısında bir neçə dəfə real qol vəziyyəti yaratsa da, fərqlənə bilməyib. Əvəzində qonaqlar ələ düşən fürsətləri qaçırmayıb və böyükhesablı qələbə qazanıb. Bu, "Qarabağ"ın avrokuboklarda yubiley - 100-cü oyunu olub.

Avropa Liqası. Qrup mərhələsi, II tur

20:55. “Qarabağ” (Azərbaycan) – “Arsenal” (İngiltərə) 0:3

Qol: Sokratis, 4. Emil Smit-Rou, 52. Qunduzi, 80.

"Qarabağ": 13. Vaqner da Silva, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 7. İnnosent Emeqara, 8. Miçel Madeyra, 11. Mahir Mədətov, 17. Abdulah Zubir, 19. Filip Ozobiç, 25. Ansi Aqolli, 52. Jakub Jezniçak, 55. Bədavi Hüseynov

"Arsenal": 19. Bern Leno, 4. Məhəmməd Elneni, 5. Sokratis Papastatopulos, 12. Ştefan Lixtştayner, 16. Rob Holdinq, 17. Aleks İvobi, 18. Naço Monreal, 23. Denni Uelbek, 29. Metteo Qenduzi, 31. Sead Kolaşinaç, 55. Smit Rov

Baş hakimlər: Davide Massa

Yan xətt hakimləri: Filippo Meli, Alessandro Kostantso

Əlavə köməkçi hakimlər: Daniele Doveri, Mixael Fabri

Dördüncü hakim: Fabiano Preti (hakimlər briqadası Fransadandır)

Hakim-inspektor: Nikolay Levnikov (Rusiya)

UEFA nümayəndəsi: İstvan Huszar (Macarıstan)

Bakı Olimpiya Stadionu

Oxumağa davam et
Reklam
Reklam

Gündəm