“Beşiktaş” üzdü, “Milan”, “Çelsi” və “Fənərbaxça” sevindirdi
Bizi izləyin

İdman

“Beşiktaş” üzdü, “Milan”, “Çelsi” və “Fənərbaxça” sevindirdi

Avropa Liqasında qrup mərhələsinin 2-ci turunun oyunları keçirilib.

Publika.az xəbər verir ki, Azərbaycanın turnirdəki təmsilçisi "Qarabağ" Bakı Olimpiya Stadionunda İngiltərə "Arsenal"ını qəbul edib və məğlub olub. “Köhlən atlar”ın qrup mərhələsindəki digər rəqibləri - Ukrayna "Vorskla"sı evdə Portuqaliya "Sportinq"i ilə üz-üzə gəlib. Qonaqlar bu görüşdə əzmkar qələbəyə seviniblər.

Azərbaycan millisinin üzvü Riçard Almeydanın formasını geyindiyi Qazaxıstan "Astana"sı bu turda Fransa "Renn"i ilə qarşılaşıb və inamlı qələbə qazanıb.

Türkiyənin Avropa Liqasındakı təmsilçilərindən "Beşiktaş" səfərdə "Malmö" ilə üz-üzə gəlib və məğlubiyyətlə üzləşib. "Fənərbaxça" Slovakiya "Spartak"ını (Trnava) qəbul edib və iki cavabsız qolla üstün olub. Ötən mövsüm Türkiyə kubokunun qalibi olan "Akhisarspor" Belçika "Standard"nın qonağı olub və meydanı məğlub tərk edib.

Avropa Liqası, qrup mərhələsi, 2-ci tur

4 oktyabr

A qrupu

Bayer (Leverkuzen, Almaniya) - AEK (Larnaka, Kipr) 4:2

Qol: Haverts, 44. Alario, 49; 88. Brandt, 90 - Triçkovski, 25. Raspas, 90.

Sürix (İsveçrə) - Ludoqorets (Bolqarıstan) 1:0

Qol: Palsson, 84.

B qrupu

Rusenborq (Norveç) - Leyptsiq (Almaniya) 1:3

Qol: Jebali, 79 – Auqustin, 12. Konate, 54. Kunya, 61.

Zalsburq (Avstriya) - Seltik (Şotlandiya) 3:1

Qol: Dabbur, 55; 73-pen. Minamino, 61 – Eduard, 2.

C qrupu

Bordo (Fransa) - Kopenhagen (Danimarka) 1:2

Qol: Sanxare, 84 – Sotiriu, 42. Skov, 90.

Zenit (Rusiya) - Slaviya (Praqa, Çexiya) 1:0

Qol: Kokorin, 80.

D qrupu

Anderlext (Belçika) - Dinamo (Zaqreb, Xorvatiya) 0:2

Qol: Hayroviç, 19-pen. Qojak, 68.

Fənərbaxça (Türkiyə) - Spartak (Trnava, Slovakiya) 2:0

Qol: Slimani, 52; 69.

E qrupu

Qarabağ (Azərbaycan) - Arsenal (İngiltərə) 0:3

Qol: Papastatopulos, 4. Smit Rou, 53. Genduzi, 80.

Vorskla (Poltava, Ukrayna) - Sportinq (Lissabon, Portuqaliya) 1:2

Qol: Kulaç, 10 - Montero, 90. Kabral, 90+3.

F qrupu

Milan (İtaliya) - Olimpiakos (Yunanıstan) 3:1

Qol: Kutrone, 70; 79. İquayn, 76 – Gerrero, 14.

Betis (İspaniya) - Düdelanj (Lüksemburq) 3:0

Qol: Sanabria, 56. Lo Selso, 80. Herrera, 88.

G qrupu

Reyncers (Şotlandiya) - Rapid (Vyana, Avstriya) 3:1

Qol: Morelos, 43; 90. Tavernier, 84-pen – Berişa, 41.

Spartak (Moskva, Rusiya) - Vilyarreal (İspaniya) 3:3

Qol: Ze Luis, 34-pen; 82. Melqarejo, 85 – Ekambi, 13. Fornals, 49. Kasorla, 90.

H qrupu

Apollon (Kipr) - Marsel (Fransa) 2:2

Qol: Markoviç, 74. Zelaya, 90 – Payet, 50. Qustavo, 67.

Ayntraxt (Almaniya) - Latsio (İtaliya) 4:1

Qol: Da Kosta, 4; 90. Kostiç, 28. Yoviç, 52 - Parolo, 23.

İ qrupu

Malmö (İsveç) - Beşiktaş (Türkiyə) 2:0

Qol: C.Erkin, 53-öz qapısına. Rozenberq, 76-pen.

Sarpsporq (Norveç) - Genk (Belçika) 3:1

Qol: Mortensen, 5; 63. Zakariassen, 54 - Trossard, 49.

J qrupu

Krasnodar (Rusiya) - Sevilya (İspaniya) 2:1

Qol: M.Pereyra, 72. Okriaşvili, 88 - Nolito, 43.

Standard (Lyej, Belçika) - Akhisarspor (Türkiyə) 2:1

Qol: Emond, 17. Djenepo, 40 - O.Ayık, 32.

K qrupu

Astana (Qazaxıstan) - Renn (Fransa) 2:0

Qol: Zaynutdinov, 64. Tomasov, 90.

Yablonets (Çexiya) - Dinamo (Kiyev, Ukrayna) 2:2

Qol: Hovorka, 33. Travnik, 81 – Tsiqankov, 8. Qarmaş, 14.

L qrupu

BATE (Belarus) - PAOK (Yunanıstan) 1:4

Qol: Skaviş, 61 – Priyoviç, 6. Jaba, 11; 17. Pelkas, 73.

Çelsi (İngiltərə) - Videoton (Macarıstan) 1:0

Qol: Morata, 70.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm