UEFA azərbaycanlı şərhçidən YAZDI: Siz nə zamansa bunu görmüsünüz? - - FOTO
Bizi izləyin

İdman

UEFA azərbaycanlı şərhçidən YAZDI: Siz nə zamansa bunu görmüsünüz? - - FOTO

Avropa Liqasının qrup mərhələsinin II turunda "Qarabağ" yenə də məğlub oldu.

Publika.az xəbər verir ki, "Qarabağ" Bakı Olimpiya Stadionunda İngiltərə nəhəngi "Arsenal"a 0-3 hesabı ilə uduzub.

Bu barədə UEFA-nın rəsmi saytında məlumat yerləşdirilib. Məlumatda oyunun onlayn yenilənməsi zamanı "CBC Sport"un əməkdaşı, şərhçi Gündüz Abbaszadə haqqında yazılıb.

Paylaşımda oyunu şərh edən Gündüz Abbaszadə haqqında bunlar qeyd edilib:

"Televiziya şərhçisinin nə zamansa meydanda oyunu canlı-canlı apardığını görmüşdünüz? O, hazırda mənim arxamda əyləşib. Oyunun yerli şərhçisi Gündüz Abbaszadə matçı ayaqüstə və emosional olaraq şərh edir. Siz hələ o qayğılı gözlərə baxın, bəlkə də buna səbəb "Arsenal"ın təhlükəli hücumlarıdır?".

Könül

Oxumağa davam et
Reklam
Reklam

Gündəm