"Neftçi" ilk dövrənin lideridir
Bizi izləyin

İdman

"Neftçi" ilk dövrənin lideridir

Futbol üzrə Azərbaycan Premyer Liqasında VII turun daha bir oyunu keçirilib.

Publika.az xəbər verir ki, "Neftçi" "Bakcell Arena"da debütant "Sabah"ı qəbul edib.

Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Orxan Məmmədovun idarə etdiyi görüşdə hesabı 9-cu dəqiqədə Emin Mahmudov açıb. 62-ci dəqiqədə Qoran Paratski yekun nəticəni müəyyənləşdirib. 76-cı dəqiqədə isə Slavko Braliç ikinci sarı vərəqəni alaraq, meydandan qovulub.

Bu qələbə sayəsində xallarını 19-a çatdıran "Neftçi" I dövrəni vahid lider kimi başa vurub. 10 xalı olan "Sabah" "Səbail" və "Sumqayıt"la birgə 3 -5-ci yerləri bölüşdürür.

Turun əvvəlki oyunlarında "Zirə" "Qəbələ"ni 1:0, "Səbail" "Sumqayıt"ı 2:0 hesabı ilə yenib. "Keşlə" - "Qarabağ" matçı isə təxirə salınıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm