• USD 1,7000 0,00% EUR 1,9423 -0,28%
    • GBP 2,2312 -0,03% RUB 0,0257 0,00%

Dünyanın gözlədiyi döyüş baş TUTDU: Həbibə KƏMƏR VERİLMƏDİ - FOTO/VİDEO (YENİLƏNDİ)

  • İdman
  • 7 Oktyabr 2018 11:38
  • 6 317 Baxış
Dünyanın gözlədiyi döyüş baş TUTDU: Həbibə KƏMƏR VERİLMƏDİ - FOTO/VİDEO (YENİLƏNDİ)

UFC 229 turniri çərçivəsində keçirilən döyüşdə irlandiyalı Konor Makqreqora qalib gələn rusiyalı idmançı Həbib Nurməhəmmədova çempion kəməri təqdim edilməyib.

Publika.az xəbər verir ki, buna səbəb Həbibin oktaqon sərhədlərini tərk etməsi olub.

Belə ki, döyüşdən sonra kütləvi dava düşüb. Oyundan sonra tamaşaçı zalında Nurməhəmmədov azarkeşlə əlbəyaxa dava edib. buna səbəb Konorun tərəfdarlarından birinin Həbibə söz atması olub. Nəticədə Həbibin meneceri Rizvan Məhəmmədov döyüşdən sonar həbs edilib.

Rusiyalı döyüşçü və komanda üzvləri ilə azarkeşə arasındakı dava polisin müdaxiləsindən sonra aradan qaldırılıb.

***

Döyüş başa çatdı.

Publika.az xəbər verir ki, dördüncü raundda Həbib Nurməhəmmədov rəqibinə qarşı boğucu fənd tətbiq edib və irlandiyalı idmançı təslim olub.

***

Birləşmiş Ştatların Las-Veqas şəhərində UFC çempionları irlandiyalı boksçu Konor Makqreqor və dağıstanlı samboçu Həbib Nurməhəmmədov arasında qaydasız döyüş başlayıb.

Qarşılaşma Las-Veqasın şəhərətrafı ərazisi “Ti-Mobayl-arena”da keçirilir.

Konor Makqreqor yarım yüngül və yüngül çəki üzrə çempiondur. Bütün karyerası boyu 21 döyüş keçirib, üçündə məğlub olub.

Həbib Nurməhəmmədov isə UFC-nin yüngül çəki üzrə hazırkı çempionudur. Karyerası boyu 26 peşəkar döyüş keçirib və heç birində məğlub olmayıb. (Report).

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>